Yuxarı

Əsgərlikdən gəldiyi gün dava saldı, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin aprelin 22-də baş verib.

2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib – red.) bu günlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.

Şənlikdə araq icən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.

Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.

Polis şöbəsinə gətirildikdən sonra Sənan polis şöbəsinin inzibati binasının qarşısında əsəbiləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.

Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, hərəkətlərinə davam edib.

Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.

Tarix
2025.04.25 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... - Prezident

İlham Əliyev Firidun Sinirlioğlunu qəbul etdi

Azərbaycan AB üçün önəmli tərəfdaşdır - Kallas

Bakı və AB razılaşdı: Yaxın vaxtlarda... - Bayramov

9 ildən sonra AB rəsmisinin Bakıya səfəri… - Bayramov

Prezident Kaya Kallası qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla