Yuxarı

“Kapital Bank”ın dəstəyi: Beynəlxalq Autizm festivalı başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, “Kapital Bank”ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib.

Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib.

Tədbirdə müasir dövrün problem olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. “Kapital Bank”ın İdarə Heyətinin üzvü Fərid Fərid Hidayətzadə çıxışında qeyd edib ki, Bizim əss fəaliyyət istiqamətimiz bankçılıq olsa da cəmiyyətin inkişafında da rol oynamağa çalışırıq. “Korporativ Sosial Məsuliyyət layihələri hər zaman bankımızın strategiyasının ən vacib istiqamətlərindən biri olub. Autizm müasir dövrün reallıqlarından biridir və bu mövzuda hamımızın məlumatlı olması olduqca vacibdir. Elə buna görə də biz konfransın işini olduqca yüksək qiymətləndirir və bu gözəl missiyada sizinlə eyni yolda addımlayırıq.

İnanıram ki, bu konfrans təkcə elmi müzakirələrlə deyil, həm də cəmiyyətin müxtəlif sahələrində real dəyişikliklərə yadda qalacaq. Müasir dövrün tələbi həm də daha inkluziv cəmiyyətin formalaşmasıdır. Bu istiqamətdə atılan bütün addımlar alqışlanmalıdır”.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .

Tarix
2025.04.25 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla