Yuxarı

Bu həkimlər imtahandan azad olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

250 kredit balı yığanlar sertifikat şəhadətnamələrini imtahansız əldə edəcəklər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsində “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

O, layihə ilə bağlı bir neçə məsələyə aydınlıq gətirib:

"Tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Sertifikasiya imtahanına alternativ olaraq təklif olunan Davamlı Peşəkar İnkişaf (DPİ) dedikdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və ya müstəqil davamlı peşəkar inkişaf fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanmasıdır".

Tarix
2025.04.25 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş başladı

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla