Yuxarı

Azər Badamovla birgə onlar da Rusiyaya gedib - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər Badamovla birgə onlar da Rusiyaya gedib - Siyahı

Mayın 4-də Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxan vilayətinə səfərə yollanan nümayəndə heyətinin tərkibi bilinib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, heyətin təkibi ümumilikdə 5 nəfərdən ibarət olub.

Həmin şəxslər aşağıdakılardır:

- Milli Məclisin deputatları Elman Nəsirov və Azər Badamov;

- YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev;

- Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev;

- Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov.

Ancaq Rusiya tərəfi "təhlükəsizlik məsələləri ilə bağlı" A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb. Digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya tərəfindən izahat tələb edib.

Tarix
2025.05.05 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla