Yuxarı

“Rabitəbank”da qanvermə aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rabitəbank” sosial məsuliyyət strategiyası çərçivəsində daha bir mühüm təşəbbüsə imza atıb.

Belə ki, 8 May - Beynəlxalq Talassemiya Günü münasibətilə bankın Baş ofisində qanvermə aksiyası təşkil edilib. “Qanınla mənə can olduğun üçün təşəkkürlər, qan dostum” şüarı altında keçirilən aksiya Qan Bankının dəstəyi ilə baş tutub.

Aksiyanın keçirilməsində əsas məqsəd – cəmiyyətin diqqətini irsi qan xəstəliklərinə, xüsusilə də talassemiyaya yönəltmək, bu xəstəliklərlə mübarizə aparan insanlara dəstək olmaq və donor mədəniyyətini təşviq etmək olub.

Aksiyada bankın rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək könüllü donor kimi qan veriblər. Hər bir iştirakçı Qan Bankının səyyar tibbi heyəti tərəfindən ilkin tibbi müayinədən keçirilib və bütün prosedurlar beynəlxalq təhlükəsizlik və gigiyena standartlarına uyğun şəkildə icra olunub.

“Rabitəbank” gələcəkdə də bu kimi humanist təşəbbüsləri davam etdirərək, sağlam cəmiyyətin qurulmasına dəstək verməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.05.08 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, dünyada təhlükəsizliyə təhdidlər yaradır - Usubov

Ukrayna Rusiyanı daxildən vurdu və sübut etdi ki... - Ekspert

İlham Əliyev İtaliya dövlət başçısını təbrik etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Fransa Azərbaycanın sərhədində konfrans keçirir

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir

Bu, Heydər Əliyevin baxışına uyğun idi - Prezident

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla