Yuxarı

Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdulaşdırılıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.

Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.

İş materiallarından aydın olur ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tututaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda "Təfəkkür"ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilənədək ölkədən çıxa bilməyəcək.

Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.

Təfəkkür Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.

Tarix
2025.05.19 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

Saakyan məhkəmədə elə etiraflar etdi ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla