Yuxarı

700-yə yaxın əcnəbi Azərbaycandan çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ilk 4 ayı ərzində Rusiya Federasiyası da daxil olmaqla 179 ölkənin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə 735 969 giriş qeydə alınıb.

Bu barədə Axar.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyası daxil olmaqla 109 ölkənin vətəndaşı barədə ümumilikdə 6228 inzibati qərar qəbul edilib. Onlardan 668 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli qərarına əsasən, 1 yanvar 2025-ci ildən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Tarix
2025.05.20 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Numan Qurtulmuş Ədalət Vəliyevlə görüşdü

Əliyevlə Orbanın geniş tərkibdə görüşü oldu - Foto

Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Bu, Putinin 3-cü müharibəsidir: İlk ikisində necə oldusa…

Əliyevlə Orban mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı

Ermənistanla sülhün imzalanması üçün 2 şərt var...

Nə zaman çətinliklə üzləşsək, Əliyevi yanımızda görmüşük

Onlar İlham Əliyevi təbrik etdi

İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla