Yuxarı

4 ayda bank kartlarından 6 milyon oğurlanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk dörd ayı ərzində kiber üsulla vətəndaşların bank kartlarından 6 milyon manatdan çox vəsait oğurlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.

O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir və bu səbəbdən hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli davranmalıdır:

“2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib. 2025-ci ilin ilk dörd ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib”.

Şöbə rəisi profilaktik maarifləndirmə işlərinin vətəndaşların kiber savadlılığının artırılmasında faydalı olduğunu vurğulayıb:

“Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır.

Fəaliyyətə uyğun olaraq “İnterpol”,” Avropol” və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə çox vacibdir”.

Tarix
2025.05.21 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla