Yuxarı

Xətaidə Müstəqillik Gününə həsr edilmiş konsert - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Bakı Baş Mədəniyyət idarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş bayram konserti təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, millət vəkili Vüqar Rəhimzadə, rayon Ağsaqqallar şurasının sədri Mürvət Əsgərov, Vətən müharibəsi qəhrəmanları Nizami Mövlanov, Anar Mirzəyev, Zaur Hüseynov, şəhid ailələri, qazilər, rayon hüquq- mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Böyük bayram təntənəsi və coşqu ilə keçən tədbirdə tanınmış incəsənət ustalarının və gənc müğənnilərin çıxışları rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

Tarix
2025.05.28 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…

Bayramov Qətərin dövlət naziri ilə görüşdü

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev Trampın məktubundan danışdı

İlham Əliyev BƏƏ-nin iş adamlarını qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla