Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Tarix
2025.05.28 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Ərdoğandan Zəngəzur açıqlaması: İstərdik ki, İran…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla