12:30
Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", - qurum rəsmisi deyib.
***
Mayın 29-da saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb.
Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda bildirilib.
***
Bu gün Xəzər Universitetində baş verən bıçaqlanma hadisəsində xəsarət alan şəxsin kimliyi məlum olub.
Oxu.az xəbər verir ki, yaralanan şəxs 2005-ci il təvəllüdlü Məhəmməd Vəlizadədir.
Hadisənin təfərrüatı araşdırılır.