Yuxarı

Bakıda 33 dərəcə isti olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 29-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Tarix
2025.05.29 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular... - Zərərçəkmiş

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla