Yuxarı

DYP-dən qucağında uşaqla maşın sürənlərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar:

"Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayiətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır".

Baş Dövlət Yol Polisi İdarəsi sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır.

Tarix
2025.05.29 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti...

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla