Yuxarı

FHN-in 20 illiyinə həsr olunmuş yarışlara yekun vuruldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Axar.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edib.

Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin ötən 20 il ərzində fəaliyyəti və yarışlar haqqında videoçarxlar nümayiş olunub.

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistanın komandası tutub.

Ümumrespublika birinciliyində isə birinci yerə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi, ikinci yerə Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbi layiq görülüb.

Tarix
2025.06.29 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla