Yuxarı

Qohum nikahlarının qarşısı necə alınacaq? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

Qeyd edilib ki, Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir.

"Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək".

Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir:

"Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq".

Tarix
2025.06.30 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya elə bir siyasət yürüdür ki, SSRİ-dəki ölkələri...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

Rusiyanı qıcıqlandırmayın: Bakının cavabı bu olmalıdır!

Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına verildi

Hərbi prokuror Azərbaycan sərhədinə getdi

Tehrandan Bakıya qarşı “şübhə”: İran nəyi “izləmək” istəyir?

Özbəkistan prezidenti Azərbaycana gəlir

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

"Sputnik Azərbaycan"ın ofisində saxlanılanların adları

AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla