Yuxarı

Dilinə gələn başına gəlir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilinə gələn başına gəlir

FİRENZE YOLÇULUĞU

Bəli, bəzən zarafat eləmək çox da adama düşmür... Dediklərin başına gəlir, nə qədər gülməli gəlsə də. Bu dəfə də xaricə getmədən əvvəl yaxınlara deyirdim ki, orda başıma nəsə gələcək, geri qayıda bilməyəcəm.

Gianni ilə hələ Bakıda olanda razılaşmışdım, o da Milandan Florensə gedəndə, yolüstü məni də aparmalıydı. Çox yox, 20 avroya olacaqdım axşam Florensdə, hətta bəlkə o axşam da gəzəcəkdim. Bu arada onu da qeyd edim ki, italyanlar bizim Florens dediyimizə öz firəng dillərində Firenze deyirlər.

Razılaşma üzrə Assago Forum dayanacağında görüşdük. Qanımda əsl millət qanı axdığı üçün, "ehtiyat igidin yaraşığıdır" atalar sözünü rəhbər tutaraq, Karrefurdan meyvə, su kimi şeyləri alıb yola çıxdıq. Lazım olacaqdı…

Dörd nəfərdik. Bir-birinə yabançı dörd. 3-nün qanı bir, digəri də fərqli. Yanımda oturan Metyu ilə şəxsi həyat və iqtisadi krizis, valideyinlərə qayğı (o, atasını görməyə gedirdi) haqqında danışdıqdan sonra "Bee Gees" qrupunun əfsanəvi mahnılarını dinləyirdim.

Yolun yarısını keçmişdik ki, maşın dayandı. "Pejo" ki "Pejo". "Hunday" da səndən yaxşıdır. Parma deyilən şəhərin yanında. Bəlkə də gözəl, tarixi şəhərdi. Bəlkə də Sezar və Avqust, ya da Spartak oralarda əylənib. Lakin mənim üçün uğursuzdu.

Çünki 200 km aralıqda məni dünyanın ən gözəl şəhərlərindən biri gözləyirdi. Onun adı Florens idi.

Gianni sığortasına zəng etmiş, gözləyirdi. Bəxt gətirməyəndə, elə başdan gətirmir. Çünki adətən sığorta edilmiş maşın xarab olduqda, əvəzinə müvəqqəti başqa maşın verirlər. Lakin en ucuz sığorta paketində bu olmur, Giannidə olan kimi.

Bu qatar çox sürətlə gedir, yolda relslərdən uçmasa yaxşıdır. Bundan belə hər cür qəzaya hazıram. Necə olsa bu səfərdə romantika və macəra axtarırdım.

Onu da qeyd etməliyəm ki, Makiavellinin vətəninə heç də vaxt öldürməyə gəlməmişdim. Məlun İŞİD əsgərlərinin də camaatı qurbanlıq qoyun kimi boğazladığı bir dünyada, NATO bununla bağlı elmi bir tədbir həyata keçirirdi. Mən də ölkəmizi orda təmsil edir, azərbaycanlı gənclərin Suriyaya niyə gedib İŞİD tərkibində qan tökdüklərini izah edirdim. Məndən fərqli olaraq, digərləri cihadist gənclərə dair hansı praktiki islah proqramlarını həyata keçirdiklərini izah edirdilər…

Qatar Castelfranco Emiliada durdu. Qaranlıq idi. Amma buranın da Sabirabadın kəndlərindən deyəsən daha böyük fərqi yox idi. Mənimlə eyni vaqonda qocalmağa doğru gedən ana, bir də onun yeniyetmə uşaqları vardı. Düşdülər. Yerlərinə 2 qara qız mindi. Məncə, fahişəydilər. Lakin bu şübhəmi dəqiqləşdirməməyə qərar verdim, qorxdum ki, birdən mənə müştəri gözüylə baxarlar. Bunlar Afrikanın qeyri-aydın ləhcəsi ilə danışır...

Onu da qeyd edim ki, aşırı mədəniyyət bəzən insanı geri salır. Gianninin maşınında bəndəniz, Metyu və Nikola vardı. Həmin Metyu çox məzlum bir gəncə oxşayırdı. 35 yaşında kitabxanada işləyirdi. Subaydı. Parma yaxınlığında maşın xarab olduqda, Florensə çatmağın dərdini çəkərkən, təklif etdim ki, benzin doldurmağa gələnlərdən bizi aparmağı xahiş etsin. "Etibar eləmələ, götürmələ" dedi. "Onda mən şansımı sınayacam", - deyib, Boloniyaya qədər bizi aparacaq birisini tapdım. İndi anladım niyə Metyu subaydır. Qərarsız kişiləri qadınlar sevmir.

Boloniya da qaranlıq idi. Orda qala bilərdim, amma qəlbim və məntiqim deyirdi ki, qayıt geri, Aliqin yanına, Reggio Emilioya.

Aliq dediyim, Tiflisdən tanıdığım, xüsusi xatirələrim olan, Azərbaycan (Gədəbəy) monotonluğundan sıxılıb marağı çinlilərdə, italyanlarda, bilmədiyim başqa millətlərdə axtaran şəxs idi. Yolda qalmağımın bir səbəbkarı da o idi. Çünki Giannini tapmağa vasitəçi olan da oydu. Bu səhvinin əvəzini ağır ödəyəcəkdi - bir gecə məni qonaq etməliydi. Sabah da bərabər necə olsa gedəcəkdik Florensə, görənlərin durmadan təriflədikləri nağılvari şəhərə. Metyunun dediyi kimi, İtaliyada 3 yer mütləq görülməli şəhərlərdir - Venis, Florens və Roma.

Yuxum gəlir. Yatsam rukzakım qara qızlara qurban gedəcək, yatmasam məsləhətdi.

Reggio Emilia xırda bir qəsəbə idi. Ora ilə bağlı xüsusi xatirələrim çətin ki ola. Kafedə işləyən Nataliya adlı gürcü qızından başqa. Onun təbəssümündəki doğmalıq və ingiliscəni rus şivəsi ilə danışması diqqətimi çəkdi. Şahidin dindirilməsi protokolu onun Gürcüstan vətəndaşı olduğu, 4 il əvvəl İtaliyaya böyük xülyalar ilə köçdüyü, lakin hələ də kafedə hostess kimi işlədiyini ortaya qoymuşdu.

Keçmiş keçmiş olsa da, tarixin özü bir sərvət, dəyərdir. Boloniyanın köhnə binaları bunu gözəl izah edir. Tezdən açıq tapdığım kafedə 2 manata içdiyim amerikano bu hissimi güçləndirirdi. Bir neçə il əvvəl Bazelə getmişdim, ordakı binalar da könnə idi, lakin İtaliyanın bu "köhnəliyi" çox fərqli, bambaşqadır. Nitsşe bəlkə də səmimi ziyalı deyil idi, olsaydı Bazeldə Zərdüştün qoxusunu alardım…

2 saatlıq yuxudan sonra artıq Florensə gedirik. Reggio Emiliadan Florens dediyimiz yerə elektriçkanın qiyməti çox deyil – cəmi 15 avro. Salvador yatıb, Aliq də italyan macəralarını danışır. Bu məqamda həyat mənim üçün çox sadələşmişdi, varım-yoxum bir rükzakdan və cibimdə qalan bir az puldan ibarət idi. Hətta Bakıdan Bəturə xanımın zəngi də, bu mükəmməl yalnızlığın dadını qaçırmadı. "Xaricdəyəm" dedim, o da balansıma acıyaraq çox danışmadı.

Hər insanın fərqli, bəzən mənasız, ya da uşaqca istəkləri ola bilər. Nə qədər uşaqca olsa da, onları reallaşdırmaq lazımdır, hansı yaşda olursa olsun. Bəlkə indi etdiyim budur - qatarla oranı-buranı gəzmək, çoxdankı arzum idi. Pasımı tökmüşdüm.

Rusların imperiya siyasətini və nikahı altına zorla aldığı xalqlara verdiyi cehizi bəyənməsəm də, rus mahnıların gözəlliyindin əsla imtina etməmişəm, düzgün olmazdı da. Mən də Valeriyanın və Stasın duetindəki, sanki cənnətə götürən mahnısı ilə Florensə çatmışdım.

2 gün sonra xeyli yorğun vəziyyətdə burdan ayrılıram. Əlvida Firenza, çətin bir də görüşərik. Gözəldin, gözəllər şəhəri idin, amma burda deyəsən görəcəyim bir şey qalmadı…

Tarix
2014.06.19 / 09:31
Müəllif
Fərhad Mehdiyev
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla