Yuxarı

O, həm hakimdir, həm də ki vəkil

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, həm hakimdir, həm də ki vəkil

Səməndər Rzayevin məşhur filmdə dediyi "ayə, ay camaat, bu kino ki var" monoloqu yadınızdadırmı?

Həmkarımız Elçin Zahiroğlunu tutdurmaqla uğraşan müğənni Mətanət İsgəndərlinin iddiası üzrə keçirilən məhkəmədən xəbər tutanda hakim haqqında ağlıma gələn ilk fikir o oldu ki, Nərimanov Məhkəməsinin bu tanınmış (artıq tanınır!) siması Turqay Hüseynov həm hakimdir, həm də vəkil! Yəni adam bir sənətdə bir çox zadları – peşələri calaq edib və bir ilkə imza atıb.

Rəhmətlik Tofiq Bəhramov dövrünün böyük hakimlərindən idi. Ədalətli qərarına görə ona qızıl fit vermişdilər. Keçmiş SSRİ Tofiq Bəhramovla fəxr edirdi. İndi SSRİ kiçilib, parçalanıb, amma yenə də biz Tofiq Bəhramovla fəxr edirik. Elə ruslar da fəxr edir. Düzdür, onlar rəhmətliyi azərbaycanlı hakim kimi deyil, Sovet futbol məktəbinin yetirməsi olan Bəhramov kimi xatırlayır və yada salırlar.

Nərimanov Məhkəməsinin hakimi də inqilabi yeniliyə imza atıb, hakimlik etdiyi növbəti oyunda.., üzr istəyirəm, məhkəmə gedişində necə şövqə gəlibsə, müdafiədə oynamağa başlayıb. Başqa sözlə, köhnə peşəsinin təsiri ilə vəkilliklə hakimliyin qarışığından ibarət bir yeni növ peşə yaradıb.

Adam axı uzun müddət vəkillik edib, müdafiədə olub. 1985-1987-ci illərdə gənc hüquqşünas kimi Turqay hüseynov Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsinin Statistika şöbəsində məsləhətçi, sonra Hüquq təbliği və vətəndaşların hüquq tərbiyəsi şöbəsinin böyük məsləhətçisi, sonra Vəkillər Kollegiyasının Ucar Rayon Hüquq Məsləhətxanasında və Bakı şəhər 7 saylı Hüquq Məsləhətxanasında vəkil, daha sonra "ASİNA" Assosiasiyasının hüquq şöbəsində hüquqşünas, lap sonra "ASİNA" Assosiasiyasının hüquq məsələləri üzrə müdir müavini, daha-lap sonra "ASAN" Azərbaycan-Türkiyə Müştərək Şirkətində hüquq məsələləri üzrə baş müdirin birinci müavini... işləyib.

Adamın karyerası başdan-başa vəkilliklə bağlı və 2007–ci ildən Nərimanov Məhkəməsinin hakimi olduğunun hələ də fərqinə vara bilmir, vəkilliyinə davam edir: axı, vəkillərin pul aldığı tərəfi müdafiə etməsi və yaxud müdafiə etdiyi tərəfdən pul alması qayət normal bir haldır və bu, şərəfli vəkil peşəsinin qanuni qazanc yoludur. Hakim isə qanunsuzluq edə bilməz və yəqin buna görədir ki, Turqay Hüseynov keçmiş peşəsini hakimliklə paralel davam etdirir. Bir əmması var ki, əvvəl hakim başqa olurdu, o, vəkillik edirdi: amma indi hakim də özüdür, vəkil də!

Hakim Tofiq Bəhramova "inqilabi diqqətinə" görə qızıl fit vermişdilər. Neçə gündür düşünürəm, bu böyüklükdə peşələri calaq edən hakimə nə verək?

Tarix
2014.07.02 / 11:21
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla