Doğrusu, İŞİD ilə AKP arasında bəzi bağların ola
biləcəyini həmişə düşünmüşdüm, lakin buna heç vaxt tam əmin
olmamışdım.
Bununla belə, 21 sentyabrda 49 türk girovunun sərbəst
buraxılması ağıla yeni sual gətirdi.
İndi bəzi faktlardan danışaq. Əl-Qaidənin İraq ordusunun başçısı
Zərkavi vardı, lakin 2006-ci ildə o öldülrüldükdən sonra yerinə
Dardiri təyin olundu. O da 2010-cu ildə ABŞ tərəfindən qətlə
yetirildi. Əbubəkr Əl-Bağdadi məhz bundan sonra təyin olunmuşdu,
amma gizlənirdi.
2013-cü ilin aprel ayında Əl-Bağdadi təşkilatın adını "Şam və
İraqın İslam Dövləti" kimi dəyişərək, İraq və Suriya mücahidlərinin
birləşdiyini elan etdi. Amma həm əl-Nüsra cəbhəsi, həm də Ayman
əl-Zəvahirin özü bu birləşməni rədd etdi.
Əl-Bağdadi ona tabe olmayan bütün islamçı qrupları təkfir etdi.
Əz-Zurda Suriya müxalifəti ilə apardığı döyüşü uduzduqdan sonra
tədricən İraqa geri çəkildi.
Əl-Qaidənin indiki lideri Zəvahiri İŞİD-in başına keçən Bağdadi
üzərində nəzarətini itirib. Zatən Xilafətin elanı ilə Bağdadi
əl-Zəvahirinin tabeçiliyindən rəsmən çıxdı…
Əslində, Ərdoğan və AKP hökumətinin İŞİD-ə birbaşa yardım
göstərdiyinə dair heç bir sübut yoxdur. Lakin Ərdoğanın əl-Nüsra
cəbhəsinə yardım göstərdiyi dəqiqdir; əl-Nüsranın arasında türklər
döyüşdüyü kimi, MİT-in adamları da var. Habelə, Türkiyə üzərindən,
Qatarın maliyə yardımı ilə, Suriyadakı cihatçılara silah yardımı
gedirdi və bu da Azad Süriyə Ordusuna yox, məhz əl-Nüsraya
ünvanlanırdı. Məsələn, Adanada yoxlanılan və içində silah tapılan 2
TİR Ərdoğanın iddiasının əksinə türkmanlara yox, əl-Nüsra
cihadçılarına gedirdi. Həmin TIR-larda minomyotlar və raketlər
vardı, halbuki yazıq türkmanlarda indiyə kimi Kalaşnikov
avtomatından başqa silah yoxdur.
Bununla belə, qeyd etməliyik ki, ideoloji cəhətdən əl-Nüsra ilə
İŞİD bir-birinə çox yaxındır, digər tərəfdən, xeyli əl-Nüsra
döyüşçüsü İŞİD-in səflərinə qatılmışdır. Strateji olaraq İŞİD-in
yaradılmasında əgər MİT rol oynayıbsa, buna görə onları təbrik
etmək lazımdır. İŞİD Türkiyəyə lazım ola bilərdi; xüsusilə İraqdakı
Kürdistanı məhv etmək və Suriyanın şimalında PKK-nın qanadı olan
PYD-nin nəzarətinə son qoymaq məqsədi ilə Türkiyə İŞİD-i
güçləndirmiş, ya da ona dəstək vermiş ola bilərdi. Lakin Türkiyənin
İraq Kürdistanı ilə neft məsələlərində razılaşmalara getməsi belə
bir sual doğurur: Türkiyə İŞİD-in əli ilə bunları silmək istəyirsə,
niyə kürdlərlə neft razılaşmaları əldə edib, boru inşaatına
başlasın?
Cavabında deyə bilərsiniz ki, əsas məsələ borunu tikməkdir;
gələcəkdə o biri başında Əli olsun, ya Vəli, o qədər də vacib
deyildir. Unutmamalıyıq ki, "Nyu York Tayms" qəzeti də Ərdoğanın
üzünə dirəndi ki, siz İŞİD-dən neft alırsınız.
Bir ara İŞİD-in ABŞ tərəfindən yaradıldığına dair şayiələr
gəzirdi. Həqiqətən də ABŞ bunlara müdaxilə etmir, rəhbərlərini
pilotsuz təyyarələrlə vurmurdu. Sanki görməzlikdən gəlirdi.
Əslində, ABŞ bunları görürdü, sadəcə, İŞİD-in müsəlman dünyasını
necə dağıdacağını gözləməklə məşğul idi - ta İŞİD Kürdistan üçün
təhlükə yaradana qədər.
Kürdistanın bərqərar olması Qərbin planları daxilindədir, hardan
çıxdığı bəlli olmayan, onun-bunun maşası olan İŞİD-ə bu imkan
verilə bilməzdi.
İŞİD-i Türkiyə yarada bilməzdi. Türkiyədə bunun üçün lazımi güc,
personal, taktiki imkanlar yoxdur. Lakin yaranmış bir hərəkətdən
Türkiyənin faydalanmaq istəməsi çox təbii bir haldır. PKK və PYD-yə
qarşı İŞİD-dən istifadə etmənin riskləri ilə bərabər dividendləri
də mövcuddur. Türk girovlarının buraxılması, əslində Ərdoğan
hökumətinin bir planı da ola bilər.
Hazırda Türkiyə ictimiayyəti Anti-İŞİD koalisiyasına Türkiyənin
niyə qoşulmadığını artıq bəyənir və dəstəkləyir. Bundan sonra da
centilmencə davranış kimi, İŞİD-ə minnətdarlıq (!) əlaməti kimi,
Türkiyənin koalisiyaya qoşulacağını gözləmək səhvdir. Düzdür,
girovların qaçırılması özü qanunsuz və barbarca bir əməl idi, lakin
İŞİD tərəfindən başı kəsilən 2 jurnalistdən sonra 49 türkün geri
qaytarılması sensasiya kimi qarşılandı.
Əslində, əsl maraq doğuran İŞİD-in bundan sonrakı talehidir. AKP
hökuməti İŞİD-in tamamilə dağıdılmayacağına hesabını qurub. Bu belə
ola biləcəyi kimi, belə olmaya da bilər. İŞİD-in daha nə qədər
yaşayacağına qərar verən dövlət ABŞ olacaqdır. Və bu məsələdə də
AKP və CİA-nin hesabları böyük ehtimalla üst-üstə
düşməyəcəkdir.
İşin daha acınacaqlı tərəfi də ola bilər: ərəb – kürd – İŞİD
qarşıdurması ərəblərin ümumi zəyifləməsi, kürdlərin isə güclənməsi
ilə nəticələnə bilər.
Lakin Türkiyə, hələ ki, sadəcə gözləmə mövqeyini seçib.