Yuxarı

Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər? - Video

Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.

Axar.az İTV-yə istinadla xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev qüvvədə olan qaydalara əsasən, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatının birdəfəlik xarakter daşıdığını bildirib.

“Dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün imtiyazlı şəxslər yalnız bir dəfə növbəyə götürülə bilərlər. Mənzil təminatının əsas məqsədi vətəndaşı ideal və ya genişləndirilmiş yaşayış şəraiti ilə təmin etmək deyil, yalnız minimum yaşayış ehtiyacını aradan qaldırmaqdır. Ailə tərkibinin artması və ya subyektiv məmnunsuzluq kimi hallar hüquqi baxımdan yeni təminat hüququ yaratmır”, - o vurğulayıb.

Əliməmməd Nuriyev qeyd edib ki, təkrar müraciətlər yalnız çox ciddi və istisna hallarda qiymətləndirilə bilər:

“Yalnız təbii fəlakət və ya yaşayış sahəsinin tam yararsız vəziyyətə düşməsi kimi hallar yeni hüquqi situasiya kimi qəbul olunaraq təkrar müraciətlər üçün əsas ola bilər. Lakin bir şəxsin eyni əsasla ikinci dəfə mənzil tələb etməsi, digər ehtiyacı olan vətəndaşların hüquqlarına müdaxilə hesab olunur və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi üçün hazırlanıb. Nazirlik tərəfindən əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. İndiyədək bu kateqoriyadan olan 16 000-dən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

Beləliklə, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını “birdəfəlik” prinsip üzərində qurur və təkrar müraciətlər yalnız fövqəladə hallar istisna olmaqla mümkün hesab edilmir.

Tarix
2026.04.25 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla