İndi səslənən yeni bir mülahizə budur - Rusiyanın
çökməsi Azərbaycana təsirsiz ötüşməyəcək, yayda qarpızlarımız
bostanda xarab olacaq, xurmalarımız da ağaçda
çürüyəcək…
Doğrusu, tarixdən dərs almayan, bəlli bir əqidəsi olmayan belə
yanaşma məndə ancaq təəcüb doğurur.
Bizə Rusiyanın zəyifləməsi deyil, onun parçalanması lazımdır.
Yalançı patriotların ağızlarından düşürmədikləri Qarabağ məsələsi
bəlkə onda həllini tapa. Bəlkə erməni dığası təklənib yardımsız
qalsa, biz də silaha sarılsaq, Qarabağı da, Zəngəzuru da, İrəvanı
da, Göyçəni də qaytaraq.
Deyilir ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır, orda pul
qazanır və Azərbaycana göndərir, bu da Rusiyanın bizə olan
mərhəmətidir. Heç də elə deyil, bu mərhəmətin necə olduğunu bizə
təzəlikçə Orxan Zeynalov hadisəsi göstərdi.
Əcəba, həmin yalançı patriotlar Rusiya Dumasının 1994-cü ildə
erməni "soyqırımını" tanıdıqlarını, lakin Xocalı soyqırımı haqqında
bir dəfə də olsa ildönümündə dillənmədiklərini unudublarmı? Əcəba,
rus rəsmilərin Azərbaycanı müharibə etməkdən çəkinməyə çağıran
hədələri nə tez yaddan çıxdı?
Ağıl sahibləri bir şeyi gözəl anlayır - Putinin simasında
təklənmiş və zəifləyən rus şovinizmi sırf öz mənfəəti üçün bizə
gülümsəyir, çünki özünün "saxladığı" Ermənistandan ona onsuz da
fayda gəlməz. Düşünür ki, barı Azərbaycandan ucuz tərəvəz gəlsin
də, rus xalqının başını bir az daha aldadıb onun köləliyini davam
etdirək... Yoxsa köhnə günlərində, neft dollarlarının axdığı o
günlərdə, gömrüklərdə fito-sanitar və pestisid nəzarətini də tətbiq
edən məhz Rusiya idi.
Bu günlərdə Rusiyanın zəifləməsinə üzülmək lazım deyildir.
Vəziyyətdən öz xeyrimizə istifadə edərək, Rusiyadan dəmir, mis və
taxta almalı, fermerlərimizə yeni bazar açmalıyıq. Bacarsaq,
ruslardan ucuza qaz və neft daxil olmaqla xammal alıb Avropa
bazarlarında satmalıyıq.
Regionda Azərbaycanı güclü dövlət olaraq görmək istəməyən əsas
iki dövlət var: Rusiya və İran. Tarixən belə olub, belədir və belə
olmağa davam edəcək. Hər ikisinin zəifləməsi bizim güclənməyimiz
olacaqdır.