Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2019


Qardaşını doğrayıb basdıran 17 yaşlı qız...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda 17 yaşlı Alyona onu zorlamaq istəyən qardaşını balta ilə öldürüb, həyətdə basdırıb. Anasına da deyib ki, qardaşım Mahaçqalaya gedib. Və qardaşının telefonu ilə anasına “Mən Mahaçqaladayam, narahat olmayın” tipində mesajlar yazıb ki, anası narahat olub onu axtarmasın.

7 aydan sonra evə polis gəlib. Alyona polisin işin üstünü açmasından qorxduğu üçün qardaşının meyitini həyətdən çıxarıb, əl və ayaqlarını doğrayıb, arabaya yükləyib, aparıb bostanda basdırıb. Sonra isə işin üstü açılıb...

İndi əksəriyyət Alyonanın təcrübəsiz və təlaşlı vaxtında törətdiyi bu əmələ haqq qazandırır. Təbii, qızın hansı çarəsiz durumda olduğunu, necə çıxılmaz vəziyyətdə qalıb, belə addım atdığını bilmirik. Amma fakt budur: Alyona qardaşını xüsusi amansızlıqla qətlə yetirib.

Gəlin, olayın nəticələrinə baxaq:

Bu hadisənin baş verməsinin əsas günahkarı valideyndir. O öz övladı ilə arasında dərin bir uçurum yaradıb və nəticədə hər iki övladından məhrum olub. Bu, valideynin cəzası!

Olaya səbəb olan qardaş həyatını itirdi. Bu, həmin qardaşın cəzası (baxmayaraq ki, cəzası ölüm deyildi)...

...və ən pisi də budur: qardaşının əxlaqsız hərəkətlərinə görə günahsız və məzlum duruma düşən Alyona bir anda günahkara çevrilib və 10 il həbsə məhkum edilib.

Bu da Alyonanın cəzası...

Yəni burada ən böyük cəzanı Alyona çəkib. Halbuki olayın əvvəlində onun heç bir günahı yox idi.

Biz toplum olaraq alyonaların öz həyatlarını məhv etməsinin qarşısını almalıyıq. “Alyona qardaşını öldürüb, yaxşı eləyib” prizmasından yanaşmaqla ancaq yeni məhbuslar yetişdirə bilərik.

Biz alyonalara belə dəhşətli vəziyyətlərdə hansı yollara əl atmalı olduğunu göstərməliyik.

Bu gənc qız qardaşının əxlaqsız hərəkətlərinə görə cəza çəkməməli idi.

Fikir verin, Alyona deyir ki, zamanı geri ala bilsəydim, polisə gedərdim və ya kənddən, ailəmdən uzaqlaşardım. Demək, o, həbsdə olduğu müddətdə çıxış yolunu tapıb. Artıq 22 yaşı olan Alyona çıxış yolunu tapıb, bizim savadlı toplum isə hələ tapa bilməyib. Toplum hələ də 17 yaşlı Alyona kimi düşünür.

Təbii, insanların əsəbi, aqressiv olması anlaşılandır. Ancaq belə məsələlərdə soyuq başla düşünüb, danışmaq lazımdır. Ehtimal ki, başqa alyonalar da var və onlar ailə üzvlərinin sərt münasibəti ilə üzləşiblər. Bu alyonaları cinayətə sövq etmək onların həyatını məhv etməkdir.

Hazırda polis də daxil olmaqla, insanların problemlərini dinləyən, onlara kömək edən, sığınacaq verən müxtəlif qurumlar, “qaynar xətt”lər fəaliyyət göstərir. Gənclər arasında bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır ki, onlar həyatlarını məhv edən cinayətə əl atmasınlar. Heç kim düşünməsin ki, polis işə baxmır. Ötən il Alyonanın aqibəti il üzləşən bir qız polisə müraciət etmişdi. Nəticə nə oldu? Qızına tamah salan şərəfsiz ata həbs edildi... və onu həbsxanada hansı aqibətin gözlədiyini az-çox təsəvvür edə bilirsiniz.

Deməyim odur ki:

Hazırda bir çox qızın, qadının əlindəki balta havaya qalxıb və bu soyuq silah hər an qardaşının, ərinin və ya atasının başına enə bilər. Biz baltaları alyonaların əlindən almalıyıq. Onların azad, gözəl və xoşbəxt gələcəyi üçün.

Tarix
2019.07.01 / 13:19
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

“Axırıncı aşırım” filmində gözdən qaçan səhnə - Video

4 rektoru güllələnən universitet: 100 il əvvəl bu gün...

Yuxarı qalxmaq üçün ayaq altına kimi qoyaq?

Tənha ölən xalq artisti haqda – 7 fakt

Fərman Kərimzadənin qızı: Desəm, məni öldürərlər - Video

Plan: Əhali sayını azaltmaq üçün nələr edilir? - Şok

Kazımlının möhtəşəm çıxışına nəzirə - Qarpızdan

Faktlar açılır: Böyük yazıçımız Moskvada yandırılıb? - Video

"Nəsimi" çəkilişində Balayevə qarpız verən kim idi? - Video

Çavuşoğlunun dəstəyi: Bakıda önəmli müzakirə olacaq

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla