Müsəlman olan azərbaycanlıların bu suala yanaşması
fərqli ola bilər. Lakin mən Avropanın müsəlmanlaşmasını
istəməzdim.
İntibah dövründən bu yana, faşizm və cinsi azlıqlara qarşı artan
tolerantlıqdan başqa, bəşəriyyət Avropadan ancaq bəhrələndi;
qeyri-müsəlman olan Avropadan - əvvəlcə katolik, sonra protestant,
sonra da xeyli dinsiz olan Avropadan.
Biz Avropanın memarlığını, elmini, texnologiyasını,
avtomobilərini, ordan gələn geyim markalarını və dəbi, siyasi
rejimini və mədəniyyətini bəyənirik. Avropa müsəlman olsaydı, bəlkə
də biz azərbaycanlılar heç ora mühacirət də etməzdik.
Diqqət edin, azərbaycanlılar heç vaxt dindar şiə İrana, ya da
sünni Ərəbistana köçmür. Heç o ölkələrdə yaşayan farslar və ərəblər
də qonşu ölkələrə yox, məhz Avropa va ya ABŞ köç edirlər. Müsəlman
coğrafiyalar yaxşı olsaydı, immiqrantlar üzlərini Yaxın Şərqə
tutardılar.
Əslində, burada söhbət əvvəlcədən xristian olmuş bir fransız, ya
da almanın islamı qəbul etməsindən getmir. Söhbət həmin fransız və
almanların ya evlənib bir uşaqla yetinməsi, ya da eyni cinsi ilə
bərabər yaşaması, bunun nəticəsində də Avropa qitəsində yerli
əhalinin çoxalmaması, onların əvəzinə asiyalıların, ərəblərin və
afrikalıların Avropanı doldurmasıdır.
Xaricdə bir müddət yaşayanlar bilir: miqrasiya edənlər
getdikləri ölkədə icmalar halında yaşamağa məcbur olur. Ərəblər
ərəblərlə, farslar farslarla, qaralar qaralarla, azərbaycanlılar
türklər, ya da MDB-dən gələn digər immiqrantlarla. Üstəlik,
immiqrant yerli dili bilməyib mütəxəssis kimi savadı da yoxsa,
yerli əhali ilə qaynayıb-qarışmasına imkan yoxdur. Vyetnamda, ya da
Pakistanda hardan olsun "Mersedes" mütəxəssisi? Savadsızlığın
nəticəsidir bu, bitib tükənməyən bir uğursuzluğa səbəb olur.
İmmiqrantların həyatında maraqlı bir fenomen var. Öz
ölkələrindəki əlverişsiz şəraitdən qaçırlar, nədənsə, daha sonra
vətənləri üçün də darıxmağa başlayırlar. Darıxacaq idinsə, niyə
getdin?
Darıxmanın səbəbi yerli şərait və mədəniyyətlə
qaynayıb-qarışmamalarıdır. Bu savadsız immiqrant çinli olduqda öz
dostları ilə çin restoranlarında ilan əti yeməklə vətəni yada
salır. Ərəblər isə cümə namazında toplaşıb, xütbə dinləyib, öz
ölkələrində müsəlmanların arasında qura bilmədikləri, öz
dünyalarında olan ideal islamı Avropada qurma xəyalını
yaşayırlar.
Şəxsən mən Avropanın nə müsəlmanlaşmasını, nə ərəbləşməsini, nə
zənciləşməsini, nə də çinliləşməsini istəyirəm. Heç
azərbaycanlılaşmasını da istəmərəm. Hər kəs öz vətəninə
yaraşır.
Əslində, ərəblər Avropanın ən pis sakinləri deyildir. Ərəblərin
mədəniyyəti, şəhərləşmiş avropalılarınkı kimi nəzakətli və dərin
olmasa da, çinlilərin, ya da vyetnamların, ya da afrikalıların
mədəniyyətindən çox üstündür. Lakin qeyri-müsəlman immiqrantlar
müsəlmanlar qədər gözə girmir - onlarda məscid praktikası
olmadığına görə. Yoxsa şəxsən şahidi olduğum qədər, çinli-vyetnamlı
və afrikalıların sayı müsəlmanlardan daha çoxdur.
Avropalılar müxtəlif mitinq və protestlərlə, anti-müsəlman
kompaniyalarla bəlkə ərəblərin ölkəyə girişini qadağan edə bilər,
bəlkə yeni məscidlərin açılmasını çətinləşdirərlər, amma bu onlar
üçün qalıcı bir həll olmayacaqdır. Son 10 il Avropa mədəniyyəti
"homofobiya" ilə mübarizə aparmış və özlərinin dediklərinə görə,
onun öhdəsindən gəlmişlər; getdikçə Avropada eyni-cinsli evliliklər
tanınmağa başlamış, hətta buna Vatikan da etiraz etməkdən imtina
etmişdir. Əcaba, bu da Avropa inkişafının yeni bir mərhələsimidir?
Məncə deyildir, üstəlik bu avropalılar, Ərdoğan demiş, "ən az 3
çocuk" əkməyənə qədər bu gün müsəlmanlara, sabah da çinlilərə
etiraz edəcəklər.
Proqressiv dünya Avropanın olduğu kimi qalmasını istəyir.
Müsəlmanları görmək istəyənlər Dubaya, ya da Şarm-əş Şeyxə gedir.
Avropaya başqa mədəniyyəti görmək üçün gedirik. Dünyaya Kantı,
Monteskyeni, Balzakı, Nyutonu, Küriləri, Avropa Şurası və Birliyini
bəxş edən protestant Avropa mədəniyyətidir. Onlar da bunu bilir və
yaxşı ki, qorumağa çalışır. Amma heyf ki, vasitələri
əlverişsizdir.
Görsənən budur ki, Avropanın demoqrafik siyasəti və vəziyyəti
dəyişməyəcəkdir. Bu da o deməkdir ki, Avropa getdikçə qaralacaq,
asiyalaşacak, ərəbləşəcək və müsəlmanlaşacaqdır…