Ermənilərin məşum və məşhur "soyqırım" uydurması bu il
24 aprel ərəfəsi "ilk" mükafatını aldı. Dəstək çox mötəbər yerdən
gəldi. Xristian dünyasının dini lideri – Roma Papası "erməni
soyqırım"ını "20-ci əsrin ilk soyqırımı" adlandırdı.
Siyasətin nə qədər çirkablı bir iş, iyrənc oyun olması barədə
çox deyilib, çox yazılıb. Amma bunu bir dini liderin, bir ruhaninin
ifasında və simasında görəndə... insanlar, cəmiyyətlər çox
sarsılır. Necə deyərlər, sözün bitdiyi yer...
Din siyasətə qarışanda həmişə belə olur...
Bunu hansısa dayaz qafalı bir erməni keşişi əlbəttə, deyə bilər.
Necə ki, illərdir bar-bar bağırırlar, erməni lobbisinin dəstəyilə
dünyanı inandırmağa çalışırlar ki, "əzabkeş erməni xalqı" soyqırıma
məruz qalıb. Bəs xristian dünyasının lideri bunu necə dilə gətirdi?
20-ci əsrin ilk soyqırımı "erməni soyqırımı"dırsa, o birilər
hansıdır? Bəs ermənilərin özlərinin törətdiyi qətliamları,
soyqırımları kimin ayağına yazaq? Bəs Xocalı faciəsi, ermənilərin
Xocalıda törətdiyi dəhşət və vəhşət hansı əsrin neçənci
soyqırımıdır???
Əslində deyilənlərə əhəmiyyət verməmək də olar. Erməni
lobbisinin hər il "soyqırım məsrəflərinə" milyardlar xərclədiyini
hamımız yaxşı bilirik. Kim Kardaşyan – erməni əsilli porno-ulduz,
şou xəbər həvəskarlarına yaxşı məlumdur ki, dəvət olunduğu
tədbirlərə 500.000 dollar qonorar tələb edir. Məsələn, Vyanada
balda iştirak etmək üçün bu qədər pul istəmişdi.
Heç şübhə etməyin ki, o, İrəvana da təxminən o qədər qonorar
müqabilində gəlib. Onun qırmızı geyimdə "soyqırım qurbanları
abidəsi"ni ziyarət etməsi, bir porno-ulduzun "soyqırım" təbliğatına
qoşulması çox gülməlidir, qeyri-ciddidir, şoudur. Siyasətdə gözəl
üzlü qadınlardan istifadə etməkdir...
Həm də acıdır...
Pul – bütün dünyada ədalətsizliklərə, haqsızlıqlara nədən olur,
onları tirajlayır. Daşlaşmış mədəniyyətləri sarsıdır, insanların
tapındığı dəyərləri dağıdır, həqiqətlərin üzərinə kölgə salır.
Qəlbləri qırır...
Və nə qədər ki, erməni lobbisi güclüdür, vahiddir, əllərində
sərmayə var, "erməni soyqırımı" məsələsi böyük dövlətlər üçün türk
dünyasına qarşı təzyiq vasitəsi olacaq, bir çubuq, qırmanc rolunu
oynayacaq...
Türkiyə ermənilərə qarşı heç bir soyqırım həyata keçirməyib.
Suçu olsaydı, əminliklə "gəlin, sizli-bizli tarixçilərimizi
toplayaq, arxivləri açaq, tarixçilər özləri aydınlaşdırsın ki, bu
ölkədə soyqırım baş verib, yoxsa yox" deməzdi.
Əlbəttə, tarixi tarixçilər araşdırmalıdır. Burada siyasətçilərin
görə biləcəyi bir iş yoxdur.
Ümumiyyətlə, öncə "soyqırım" ifadəsinin anlamına diqqət edək.
Soyqırım nə deməkdir? Soyqırımla qətliamın fərqi nədir? Soyqırım –
bir millətin yer üzündən silinməsinə yönələn anti-humanizm aktıdır.
Qətliam – kütləvi qətldir, çoxsaylı insanların qətlə
yetirilməsidir.
Erməni siyasətçiləri özləri üçün müəyyənləşdiriblərmi ki,
Osmanlılar 1915-ci ildə bunlardan hansını törədib "zavallı" erməni
xalqına qarşı? Osmanlı dövlətində ermənilərə qarşı soyqırım həyata
keçirilibmi?..
Rusiya Birinci Dünya Savaşında Osmanlıya hücum edəndə bu ölkənin
erməni vətəndaşları rus ordusuna qoşularaq Osmanlıya qarşı
müharibədə iştirak edib. Rusiya məğlub olandan sonra Osmanlı
İmperiyası ermənilərin Şərqi Anadoludan ölkənin cənubuna köçürmək
qərarı verib. Vəssalam. "Soyqırım" deyə anladılan olayların motivi
budur. Ermənilərin üzərinə nə ordu yeridilib, nə silah işlədilib.
Ölkəyə xəyanət edən insanlar toplusu bir ərazidən digərinə
köçürülüb.
Tarixi faktlar, sənədlər bunu təsdiq edir. "Erməniləri müdafiə
edənlər bunu bilmirlərmi", deyə sual verə bilərik. Amma...
Soruşmağa gərək varmı?
Avropada hər zaman "soyqırım" və "qətliam" sözlərinin məna
tutumuna ciddi diqqət yetirilir: "massacre", yoxsa "genocide"
kəlmələrinin harada işlədilməsinə xüsusi həssaslıq göstərilir. Amma
mövzu "erməni soyqırımı" olanda, nə sirdirsə, məna fərqi aradan
götürülür.
Bizim bildiyimiz qədər, beynəlxalq hüquq indiyədək 2 soyqırım
olayını tanıyıb: Holokost və Ruanda soyqırımlarını. Alman
faşistlərinin yəhudi xalqına qarşı həyata keçirdiyi misli
görünməmiş vəhşət... və hutu ekstremistləri tərəfindən 1994-cü ildə
Ruandada törədilən soyqırım hadisəsi.
Soyqırım nəticəsində hutular təxminən 100 gün ərzində 800 min
nəfərə yaxın tutsini məhv ediblər. Ermənilərin soyqırım adına
"qibtə" edə biləcəyi dəhşətli faciələrdir...
Və bir də özlərinin müəllifi olduqları Xocalı soyqırımı.
Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda bir şəhərin dinc
əhalisinin şəhər qarışıq yer üzündən silinməsi. Etnik təmizlənmə.
Misilsiz vəhşilik. ABŞ-ın 16 ştatının, ümumilikdə 8 dövlətin rəsmən
tanıdığı soyqırım...
Nəinki ən yeni, hətta köhnə tarixi faktlar da ermənilərin
əleyhinədir. Ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada,
Naxçıvanda, Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirilən
etnik təmizləmə əməliyyatları. Təkcə Quba məzarlığını ziyarət etmək
kifayətdir ki, ermənilərin günahsız insanları necə kütləvi şəkildə
məhv etdiklərinin şahidi olasan...
Amma nə yazıq ki, tarixi və hüquqi gerçəkliklər məhz erməni
məsələsində unudulur. Ona görə israrla deyirəm ki, boş vermək
lazımdı. Hər il aprel ayında belə məzhəkələr qurulacaq...
Ədalətsizliklərin baş alıb getdiyi dünyada Azərbaycanın – elə
Türkiyənin də – yeganə çıxış yolu budur: yalnız və yalnız GÜCLÜ
olmaq!
Xatırlayırsınız yəqin, Azərbaycan Prezidenti İlham Əliyev də
Novruz bayramındakı çıxışında problemlərin həllini, Qarabağın
azadlığını məhz belə ifadə etmişdi: Azərbaycan GÜCLÜ olmalıdır!!!
Ki ona diqtə olunmasın, o, diqtə etsin...
Biz sadəcə, bu hədəfə doğru irəliləməliyik!!!