Ermənistan hakimiyyəti qondarma soyqırıma görə artıq
özünü axırıncı yola qoyub. Yox əşşi, düz demədim, axırıncı yolda
tıxac var – soyqırıma dəstək verən bəzi nüfuzlu simalar indi orda
basabas yaradıblar. Ermənistan hakimiyyəti özünü axırdan ikinci
yola qoyub. Əslində, erməni cəbhəsində Kim Kardaşyanın döyüşməsi
təəccüblü deyil. Onlar ömür boyu arvadlarının tumanı altdan güllə
atıblar. Miskin, rüsvayçı mənzərədir. İndi erməni prezident bir
ölkənin tarixini min kişinin odunu söndürən bir arvadla xilas etmək
istəyir. Maraqlıdır ki, 4 il əvvəl "mədəniyyət xalqları
birləşdirir" – deyən erməni rəsmiləri indi mədəniyyətlə siyasət
yürüdür.
Deyilənə görə, Karl Marks deyib: "Ermənilər sağ qalmaq üçün öz
qadınlarını digər xalqlara satan ilk millətdir". Tarix göstərir ki,
Ermənistanın iqtisadi gücü kimi mahiyyəti də dəyişməyib. Həmin
ermənidir – külüngü əlində, papağı da ayağının altında.
Nə isə. Sizə Kim Kardaşyanın öldürdüyü əsgərimizdən danışım.
Bizim post ermənilərə yaxın idi. Kənardan baxanda güllələrin
parıltısını da görmək olurdu. Bir dəfə yaz aylarında erməni
səngərinin üstündə gənc bir qız görünməyə başladı. Uzun, qarayanız
bir şey idi. Adını da "Aykanuş" qoymuşduq. (Bir mayor bizə demişdi
ki, Aykanuş sovet vaxtı "vışşı marka" olub) Demək, bu Aykanuş arada
çıxıb səngərin üstündə gəzirdi. İt qızı, elə bil, bizi əlinin içi
kimi tanıyırdı. Bilirdi ki, ona güllə atmarıq. Snayperimiz neçə
dəfə onun sinəsini nişan alsa da, komandir "Biz arvadla döyüşmək
üçün bura gəlməmişik", – demişdi. Qoymamışdı onu vuraq. Bir yaz
günündə müşahidə zamanı gördük ki, Aykanuş soyunub çimir. Hə,
yanına da bir çəllək qoyub. İndi onun bədənindən danışmayacam.
Çünki bizə öyrətmişdilər ki, ən gözəl erməni ölü ermənidir. Nə isə.
Bu Aykanuş çimib, bir az da qabağa – gün işığına gəldi, saçını
qurulayırdı. Təxminən, 15 dəqiqə başında olan bir çəngə tüklə
əlləşdi. Tamam çılpaq idi. Mən snayperin nişangahıyla müşahidə
edirdim. Bilirdim ki, burda nəsə zibil var. "Aykanuş bayaqdan başın
qurulayır. Hələ də lütdü. Ya bunun başı xarab olub, ya da ki..." –
sözüm ağzımda qaldı. Elə bu an Cəmil onun lüt bədənini görmək
həvəsilə başını səngərdən çıxardı. Əlimlə onun çiynindən aşağı
basanda Cəmil düz qucağıma düşdü. Sifəti parçalanmışdı. Şah
damarından fışqıran qan alnıma güllə kimi sıçradı. Bir neçə saniyə
xırıldayıb dayandı. Donub qalmışdım. Bəlkə də, qışqırıbmışam,
bilmirəm, xatırlamıram. Bir o yadımdadır ki, snayperi götürüb
Aykanuşu vurmaq istədim. Yox idi. Deyəsən, başının suyu qurumuşdu.
Cəmilin başının qanı isə qurumaq bilmirdi. Nə qədər günün altında
qalsa da, qurumurdu. Mənə elə gəlir ki, hələ də qurumayıb onun
qanı. Bircə onu bilirəm ki, nə qurusa da, anasının göz yaşı mütləq
qurumayıb. Kim Kardaşyan indi Cəmilin anasının göz yaşında başını
yuyur...