Yuxarı

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrfan gizlinləri

Mövlanə ailəsinin Bəlx şəhərindən köçmə səbəbi

Atası Sultanü-l-Üləma Məhəmməd Bəha-əd-Din Vələd (1148–1231) 1212-ci ildə özünə bağlı bir qrup insanla birlikdə Bəlxdən ayrıldığı zaman Məhəmməd Cəlaləddinin cəmi beş yaşı vardı. Bəha-əd-Din Vələdin Bəlxi tərk etməsinin səbəbi bəzi mənbələrdə monqol istilası ilə əlaqələndirilsə də, bu ailənin köç tarixinə baxdıqda, belə olmadığı aydın olur. Çünki monqollar Bəlxə 1218-ci ildə gəlimişdilər, yəni Bəha-əd-Dinnin ailəsinin buranı tərk etməsindən altı il sonra. Bəs onda bu köçün səbəbi nə idi?

Bəlx şəhəri həmin dövrdə Xarəzmşahlar dövlətinin tərkibinə daxil idi və bu dövlətin başında o zamanlar Əla-əd-Din Məhəmməd Təkiş Xarəzmşahi durudu. Məhəmməd Xarəzmşahi əşari məzhəbinə mənsub idi və İslam dünyasının yetişdirdiyi ən məşhur rasionalistlərdən biri - Fəxrədin Razinin tələbəsi olmuşdu. Buna görə də əşari məzhəbinin, xüsusilə də Razinin mənsub olduğu əşarilyin görüşlərini Xarəzmşahlar dövlətin rəsmi ideologiyasına çevirmişdi. Tarixin bəzi dönəmlərində bir şəxsin fikirlərinin dövlətin rəsmi görüşünə çevrilməsi hallarına rast gəlmək mümkündür. Məsələn, Harun ər-Rəşidin övladlarının hakimiyyəti dönəmində "mötəzilə" məzhəbinin görüşləri Abbasi xilafətinin rəsmi ideologiyası olub.

Bəha-əd-Din Vələd də əski İran qnostisizminə (irfan) mənsub birisi və mütəsəvvüf düşüncə sahibi olduğundan dövlətin məhz rəsmi ideologiyası ilə tərs gəlmiş və onunla barışa bilməmişdi. Biz bunu Bəha-əd-Din Vələdin "Maarif" adlı əsərində qeyd etdiyi bir hekayədən anlayırıq. Vələdin bu əsərdə dediyinə görə, o, bir gün Məhəmməd şahın yanına gedir və onun hüzuruna daxil olanda Məhəmməd şahla Fəxrəddin Razinin arasında keçən bir söhbətin şahidi olur. Onların söhbətini dinlədikdən sonra Bəha Vələd şahın üzünə deyir ki, siz ikiniz də bidətçisiniz. Bu qısa rəvayətdən bəlli olur ki, Bəha Vələd həm haqq olanı deməkdən çəkinməyən, həm də şah və onun mürşidinin fikirlərinə qarşı çıxan bir şəxiyyət olub. Onun Bəlxdən köç etməsinə, zənnimcə, məhz bu fikir ayrılığı və bu fikir ayrılığına görə də Məhəmməd Xarəzmşah tərəfindən təqiblərə məruz qalacağı qorxusu səbəb olub.

Beləliklə, Bəha Vələd Bəlxi tərk edərək Bağdada gəlir. Onun Bağdada gəlməsi də adi təsadüf deyildi. Oraya getməsinin səbəbi həmin dövrdə Abbasi xəlifələri ilə Xarəzmşahlar arasında fikir ayrılığının və dərin münaqişənin mövcud olması idi. Bəha Vələd Bağdada gələrək özü kimi Məhəmməd Xarəzmşaha müxailf olan Abbasi xəlifəsi ən-Nasır li-Dini-l-Lahin himayəsinə girmiş və Əbdu-l-Qadir Geylaninin təkkəsinə sığınmışdı.

Xarəzmşahların yürütdüyü siyasət isə Abbasilər xanədanına son qoymaq və onun yerinə Hz. Əlinin soyundan olan birisini hakimiyyətə gətirməyi hədəfləyirdi. Xarəzmşahlar tərəfindən belə bir siyasətin yürüdülməsinin də öz səbəbləri vardı. Abbasi xəlifələri bir zamanlar Böyük Səlcuqlu İmperiyasının qurucusu Toğrul bəyə Sultanü-d-Dünya (dünyanın sultanı) titulunu vermişdilər (bu isə o demək idi ki, xəlifə dini liderliyi özünə, dünyanı idarə etmək haqqını isə Toğrul bəyə vermişdi). Xarəzmşahlar xəlifənin onlara da Sultanü-d-Dünya titulunu verməsini çox arzulayırdılar, amma xəlifə ən-Nasır li-Dini-l-Lah Xarəzmşahlara bu ünvanı verməkdən imtina etmiş və bu səbədən də onlar arasında dərin münaqişə yaranmışdı. Buna görə də Bəha Vələd Bəlxi tərk edəndən sonra ailəsi ilə Bağdada yerləşir.

Bağdadda təxminən bir il yaşayandan sonra Bəha Vələd həcc səfərinə çıxır. Həcdən qayıdarkən o, ailəsi ilə Bağdada, ordan Ərbilə, Mosula, sonra Diyarbəkirə və nəhayət, Anadoluya gəlir. Bəha Vələd Anadoluda Ərzincan, Kəmah, Malatya, Qeysəri kimi müxtəlif şəhərlərdə qısa müddət yaşayandan sonra Larəndə (bugünkü Karaman) şəhərinə köçür və orada Larəndənin əmiri Musa adlı bir şəxsin himayəsində yeddi il yaşayır. Mövlanənin anası Möminə Xatun burada vəfat edir. Möminə Xatunun türbəsi bu gün də Karamandadır.

Əmir Musa əvvəlcə Bəha Vələdi və ailəsini himayə etsə də, sonra rasionalistlərə mənsub Səlcuqlu sultanı Əla-əd-Din Keyqubadın ona bu ailəni himayə etməsinə görə qəzəblənəcəyindən narahat olmağa başalyır. Əmir Musa bu məsələ ilə bağlı narahatlığını Bəha Vələdə ərz edəndə, Bəha Vələd 1225-ci ildə Larəndəni tərk edərək Konyaya, Əla-əd-Din Keyqubadın yaşadığı şəhərə gəlir və təxminən iki il yarımdan sonra, yəni 1228-ci ildə orada vəfat edir.

Tarix
2013.10.30 / 16:07
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla