Şəms Təbrizi də bir qələndəri şeyxi idi və öz müridləri
ilə birlikdə monqol ordusunun tərkibində Anadoluya
gəlmişdi.
Əlbəttə ki, Şəms və onun müridləri döyüşlərə kənardan durub
tamaşa etməmişdilər, əksinə onlar da monqollarla birlikdə döyüşmüş
və monqol ordusunun Anadolu torpaqlarında törətdiyi qırğınlarda
aktiv iştirakçı olmuşdular.
Monqollar Anadolunu tərk etdikdən, yəni Qeysəri qırğınından bir
neçə ay sonra Şəms Təbrizi Konyaya gəlir və Cəlaləddin Rumi ilə
görüşür. Mövləvi qaynaqlarında deyilənə görə, bu görüşdən sonra
onlar xəlvətə çəkilmiş, təxminən üç il birlikdə yaşamış və bu
müddət ərzində heç kimlə görüşməmişlər. Xəlvətə çəkildiklərinə
görə, Mövlanə artıq mədrəsəyə də getmirmiş. Belə uzun müddət
xəlvətdə qaldıqlarına görə, Mövlanə ilə Şəms arasında
sevgi-məhəbbət münasibətlərinin olduğunu söyləyənlər də olub, amma
onların arasında belə münasibətlərin olduğunu isbatlayan dəlillər
olmadığndan nə bu fikirlərlə razılaşıram, nə də bu mövzuya
toxunuram.
Onu da qeyd etməliyəm ki, Şəms Təbrizi ilə görüşəndə təxminən
37-38 yaşlarında olan Mövlanənin həmin vaxta qədər şer yazdığı
məlum deyil. Məhz Şəms Təbrizi ilə tanışlıqdan sonra Mövlanənin
içində çox qüdrətli bir şair oyanır və o, şeir yazmağa başlayır.
Buradan belə nəticəyə gəlmək olar ki, xəlvətə çəkildikləri müddətdə
Mövlanə Şəms Təbrizidən bir çox şeyləri, o cümlədən qədim İran
mədəniyyətini və şeir sənətini öyrənib.
Beləliklə, Şəmslə görüşəndən sonra, Mövlanə şer yazmağa
başalyır. Onun yazdığı şerləri oxuyanda Mövlanənin fitrətən şair və
şeir yazmaqda çox böyük qabiliyyət sahibi olduğunu görürük. Bu,
danılmazdır.
Çox güman ki, "Məsnəvi"nin 1-ci dəftərini də Mövlanə xəlvətdə
ikən Şəms Təbrizi ilə birlikdə yazıb. Məhz 1-ci dəftərdə bu iki
şəxs öz fikirlərini, fəlsəfi-təsəvvüfi görüşlərini, hətta hüluliyyə
anlayışını izah ediblər. Bu dəftərdə nə sosial, nə də tarixi
hadisələrdən söhbət açılır, yalnız ideoloji məsələlərə
toxunulur.
Qələndərilərin bir çoxu kimi Şəms Təbrizi özü də "hüluliyyə"
məzhəbinə mənsub idi. Məncə, bu məqamda "hülul" inancının nə
olduğunu izah etməyə ehtiyac var. Məcusilərə görə, insan bol-bol
riyazət (nəfsə qarşı çıxmaq, onun istədiklərini etməmək) və
mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul
(nüfuz) etməsinə nail olmaq mümkündür. Onların inancına görə, bu
çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə
nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul
etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah
söyləmiş olur. Burada qeyd etməliyəm ki, "hülul" anlayışı islama
tərs bir inancdır və küfrdür.
Cəlaləddin Rumunin оğlu Sultan Vələdin "Vələdnamə" əsərindəki
bir rəvayətə görə, Mövlanənın Şəmsə оlan еşqi-məhəbbəti, Musanın
Xızır pеyğəmbərə оlan məhəbbəti kimi idi, yəni Musa peyğəmbər
özünün rəsulluq məqamı, "Kəlimullah" ləqəbi ilə yеnidən Tanrı
bəndələrini axtardığı kimi, Mövlanə da özünün ağlı-kamalı,
hörməti-izzəti оla-оla yеnə də ağıl-kamal dalınca gəzir, özünə
mürşid axtarırdı. Nəhayət ağıl-kamal və qеyrət timsalı оlan
Şəmsəddini tapdı və оnun müridi оldu. Başını оnun qədəmlərinə
qоydu və оnun Nuruyla Nurlandı.