Yuxarı

“Tarixdə Azərbaycan adlı dövlət olmayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tarixdə Azərbaycan adlı dövlət olmayıb”

"Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub etsin".

Axar.az xəbər verir ki, bu sözlər millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında efirdə səsləndirdiyi "Tarixdə Azərbaycan adlı dövlət olmayıb" ifadəsinə münasibət bildirərkən deyib:

"Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bunu da televiziyada dilə gətirmişəm. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub etsin, biz bu millət üçün doğru olanı, faydalı olanı usanmadan, yıxılmadan yazacağıq, dilə gətirəcəyik. Bunun adını təftişçilik qoysunlar, adını düşmənçilik qoysunlar, fərq etməz, bizi ağıllı, imanlı və bilgə insanların anlaması yetərlidir".

Millət vəkili həmçinin onu da qeyd edib ki, bu fikrinə əks arqumet gətirən olmayıb:

"Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks arqumentə rast gəlmədim. Verilişdə səsləndirdiyim hansısa fikri təkzib edəcək tutarlı bir dəlil ortaya qoymadılar. Gələcəkdə də bu mövzularda döşünə döyən kim varsa, Allahın yardımı ilə haqsız mövqedə olduğunu isbatlayacağımızdan əminik. Bunları bildiklərinə görə, sətiraltı şəxsimə yönəlik ədəbsiz ifadələrə yer verməkdən başqa yol tapmırlar. Olsun, bu xalqın nadanı da, sağlam düşüncəli insanı da bizimdir, hamısına doğru düşüncəni aşılamaq borcumuzdur, kim nə götürər-götürməz, öz problemidir. Mənim istinad nöqtəm həm də Rəsulzadədir. Bəziləri Rəsulzadənin şəklini profilinə yapışdırır, həm də onun görüşlərini dərk etmədiyini, öyrənmədiyini ortaya qoyur. Buyurub yazın ki, Rəsulzadə də qərəzli olub. Heç bu adamlar Ziya Bünyadovu da doğru-dürüst araşdırmayıblar. Qısacası, bu cəhalət yığınının qarşısından çəkilmək niyyətimiz yoxdur, bundan sonra da sağlam düşüncəli insanlarımızla bir yoldayıq".

Tarix
2015.01.14 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla