Yuxarı

Bakıda məktəbliyə hücüm edən manyakın görüntüsü - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məktəbliyə hücüm edən manyakın görüntüsü - Foto/Video

Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyakın foto-görüntüləri yayılıb.

Görüntüləri Report-a hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri təqdim edib.

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədovu tutub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır.

R.Məmmədov bu il yanvarın 15-də əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.

Xatırladaq ki, Bakının Xətai rayonunda məktəbli qızın vəhşicəsinə döyülməsi ilə bağlı video-görüntü yayılmışdı. Həmin görüntüdə manyakın üzü görünməsə də, hadisə əksini tapmışdı.

Tarix
2015.01.28 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıda səfirlik açacaq

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

Türkiyə və Azərbaycanla bağlı bunu etməyə hazırıq - Paşinyan

Rubinyandan Əliyevin açıqlaması haqda: İnqilabdır!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla