Yuxarı

Türkiyə ABŞ-la Rusiyanı barışdırmaq istəyir - Görüş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ABŞ-la Rusiyanı barışdırmaq istəyir - Görüş

ABŞ-ın hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meyilli olması bir qədər mübahisəlidir.

Bu sözləri Axar.az-a bu ay baş tutacağı gözlənilən Astana sammiti və görüşdə ABŞ-ın iştirakı ilə bağlı danışan analitik Vüqar Zifəroğlu deyil. O bildirib ki, Suiya böhranının həlli üçün atılan istənilən addım təqdir olunmalıdır və beynəlxalq ictimaiyyət bu cür görüşlərə hər zaman ümidlə yanaşır:

“Bu baxımdan Astana görüşünün formatı maraqlıdır. Lakin Suriya bölgədə iştirak edən güclərin maraqlarının ən kəskin şəkildə toqquşduğu nöqtədir. ABŞ-ın hazırkı məqamda bölgədəki maraqlarını Rusiya və ya İranla nə dərəcədə uzlaşdırmağa meylli olması bir qədər mübahisəlidir. Suriya məsələsində ortaq mövqeyə gəlmək ilk növbədə ona görə çətindir ki, hər bir qüvvə öz maraqlarının müdafiəçisi qismində dəstəklədiyi qruplaşmaların daha öndə və danışıqlarda əsas tərəf olaraq iştirakına, hətta digər qüvvələr tərəfindən legitim qəbul edilməsinə çalışır. Diqqət edin, ABŞ son dərəcə absurd bir açıqlama yaydı ki, PKK terror təşkilatıdır, PYD isə yox. Halbuki Türkiyə üçün bu yanaşma qəbuledilməzdir. Əgər İran üçün Haşdi-Şaabi qruplaşması şiə militanlarıdırsa, Səudiyyə üçün bu qruplaşma terror təşkilatıdır. Yəni bu kimi ayrıntılar onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir”.

Analitik baş verənlərin fonunda Astanada Suriya ilə bağlı ciddi və davamlı razılığın olacağına inanmadığını deyib:

“Müvəqqəti, lokal xarakterli hər hansı razılaşmalar əldə edilə bilər, lakin bunun uzunmüddətli və davamlı olacağı şübhəlidir”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın iştirakı ilə Suriya böhranına dair Astana sammitinin yanvarda baş tutacağı gözlənilir. Ankara Moskva ilə aparılan danışıqlar fonunda ABŞ-ın da sammitdə iştirakını irəli sürüb.

Tarix
2017.01.14 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla