Yuxarı

Ermənilərin Güneydə dövlət qurmaq arzusu - Qanlı çərşənbə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi və tarixə “Qanlı çərşənbə”, “Cilovluq hadisəsi” kimi düşən kütləvi qırğın hadisəsinə ədəbiyyatda yer verilməməsi və Azərbaycan tarixşünaslığında bu haqda məlumatın az olması insanları bu böyük faciədən xəbərsiz qoyub. Əksəriyyət minlərlə azərbaycanlının ölümü ilə nəticələnən qırğın haqda məlumatsızdır.

Kult.az yazıçı-tarixçilərə belə bir sualla müraciət edib:

“Cilovluq hadisəsi niyə bədii ədəbiyyatda əksini tapmayıb?”

Yazıçı Nəriman Əbdülrəhmanlı bildirib ki, hər hansı tarixi hadisəni əks etdirən bədii əsərin yaranması üçün ilk növbədə etibarlı mənbələr olmalıdır:

“Yəni tarixi yazıçılardan öncə tarixçilər araşdırmalı, faktları və sənədləri üzə çıxarmalıdırlar. Təəssüf ki, Cilovluq hadisəsi barədə Axərbaycanda kifayət qədər araşdırma aparılmayıb. Mart hadisələri isə mənə elə gəlir, yazıçı üçün kifayət qədər material verir. İndiyəcən həmin faciələrən bədii ədəbiyyata gətirilməməsi, əlbəttə, təəssüf doğurur. Ümid edək ki, bundan sonra həmin hadisələr qələm sahiblərinin diqqətini çəkəcək”.

Yazıçı Yunus Oğuz da bunun üçün geniş tədqiqatın lazım olduğunu qeyd edib:

“Təəssüf ki, bu barədə material azlığı ilə rastlaşırıq, amma mən bilirəm ki, güneydə də dəhşətli qətliamlar olub. Əlbəttə, buna geniş tədqiqat lazımdır. Həm də İran bu işə etinasız yanaşır”.

Güney Azərbaycandan olan tarixçi Həsən Səfəri mövzu haqqında güneydə bədii ədəbiyyat nümunələrinin, eyni zamanda materialın olduğunu, bəzilərinin dilimizə çevrilərək dərc edildiyini deyib:

“Bu mövzudan bəhs edən romanlar var. Kazım xan Quşçu haqqında bir roman yazılıb. Onun həm erməni və aysorlarla, həm də müəyyən dərəcədə kürdlərlə mübarizəsi olub. O kitab burada da tərcümə edilib və Azərbaycan türkcəsində çap olunub. Eyni zamanda Urmiyada İsa Yeganə adlı müəllifin farsca yazdığı “Ruzhaye mehalud” (“Dumanlı günlər”) romanı Cilovluq faciəsi haqdadır. Burada isə bu mövzu lazımınca işlənilməyib. Mən bu mövzunu işləmişəm, haqqında dissertasiya da müdafiə etmişəm, monoqrafiya da çap olunub. İndi də bu mövzu üzərində işləyirəm.

Təkcə 1918-ci il yox, I Dünya müharibəsi başlayandan 1918-ci ilin ikinci yarısınadək – əslində, I Dünya müharibəsi illərində ermənilər və cilovlar (İndiki İraq, Suriya və Türkiyənin Hakkari bölgəsinin aysorları) vəziyyəti gərginləşdirirdilər, ruslar və Qərb missioner təşkilatları da onları silahlı dəstələr şəklində təşkilatlandırıb, silahlandırırdılar – 4 il ərzində Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas və Xoyda) birləşmiş erməni-aysor silahlı dəstələr tərəfindən törədilən soyqırım nəticəsində 160-200 min arası azərbaycanlı qətl edilib. Bu rəqəm 1918-ci ildə Urmiyada Rəhmətullah xan Mötəmidəlvüzarə tərəfindən yaradılan komissiyanın açıqladığı rəsmi rəqəmdir.

Rəhmətullah xan Mötəmidəlvüzarə İran mərkəzi hakimiyyətinin Urmiyada kargüzarı olub, mərkəzi hakimiyyətin göstərişi ilə tələfat və xəsarəti hesablama üçün komissiya yaradaraq ona rəhbərlik edib. Onun gündəlik qeydləri əsasında “Urmiya dər moharebeye aləmsuz” (“Urmiya dünyanı oda çəkən müharibədə”) adlı əsərdə toplanıb. Həmin əsər də burada keçən il tərcümə və çap edilib”.

Həsən Səfəri Cilovluq hadisəsinin tarixinə də qısa nəzər salıb:

“Cilovluq hadisəsi regionda Azərbaycan və Türkiyə türklərinə qarşı törədilən soyqırımların tərkib hissəsidir. O tayda da ermənilər istəyirdilər özlərinə dövlət qursunlar. Bu plan elə bütün regionu əhatə edirdi: Şimali Azərbaycan, Cənubi Azərbaycan bir də Şərqi Anadolu. Onlar hər bölgənin şəraitinə uyğun olaraq soyqırım həyata keçirirdilər. Şimali Azərbaycanda daha çox rusların köməyindən faydalandılar. Cənubi Azərbaycanda isə Osmanlılara üsyan edib məğlub olan və Cənubi Azərbaycana sığınan aysorlarla birləşib soyqırım törətdilər. İstəyirdilər kürdləri də özlərinə qoşsunlar, lakin bu alınmadı. Bununla yanaşı, kürdlər də sözügedən soyqırımın törədilməsində iştirak ediblər. Şərqi Anadoluda bir az fərqli olub. Orada ermənilər və aysorlar ayrı-ayrılıqda əhalini qırıb. Bu regionlarda baş verən bütün hadisələrin bir məqsədi - ermənilərə Azərbaycan və türk əraziləri hesabına böyük dövlət qurmaq olmuşdu”.

Qeyd edək ki, Birinci Dünya müharibəsi illərində Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənən erməni hərbi birləşmələri 1918-ci ilin martında, axırıncı çərşənbədə Güney Azərbaycanın Urmiya, Salmas, Maku və Xoy bölgəsində yaşayan azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib. Bu qırğınlar tarixə “Qanlı çərşənbə” və ya “Cilovluq hadisəsi” kimi düşüb.

İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib. Urmiyalı tarixçi Ayrumlu isə bu rəqəmin 300 minə çatdığını bildirib.

Finlandiyada yaşayan araşdırmaçı-yazar Güntay Gəncalp sözügedən soyqırımı Pəhləvi hakimiyyətinin ört-basdır etdiyini, sonradan isə İran hökumətinin də bu ört-basdır siyasətini davam etdirdiyini deyib.

Tarix
2018.03.14 / 07:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla