Yuxarı

“Müşfiqin cinayət işində Səməd Vurğun...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Müşfiqin cinayət işində Səməd Vurğun...”

Bu gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin anım günüdür.

Axar.az xatırladır ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində anadan olub.

Yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. "Küləklər" adlı ilk kitabı 1930-cu ildə nəşr olunub.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayan şair Bakı orta məktəblərində müəllimlik edib.

Mikayıl Müşfiq həm şair, həm də tərcüməçi kimi ədəbiyyatımızın zənginləşməsində müstəsna rol oynayıb. O, 1930-1937-ci illərdə A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "Puşkinin ölümünə şərq poeması" kitablarını tərcümə edib.

Mikayıl Müşfiq yaradıcılığının ən parlaq dövründə repressiyaya məruz qalıb. Onun ölümündə bəzən Azərbaycanın ilk xalq şairi Səməd Vurğunu da ittiham edirlər. Millət vəkili İlyas İsmayılov hələ o vaxtlar - Azərbaycanın Baş prokuroru olduğu zaman Mikayıl Müşfiqin cinayət işinə baxdığını deyir:

"Hələ Azərbaycanın Baş prokuroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şayiələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər".

"Yenə o bağ olaydı", "Oxu, tar" kimi şeirləri dillər əzbəri olar Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə (29 yaşında) güllələnib.

Tarix
2016.01.06 / 17:14
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla