Yuxarı

Millət vəkilindən mühüm Türkiyə mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilindən mühüm Türkiyə mesajı

BBC televiziyasının Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı işlətdiyi skandal ifadələr insanı şok edir. Bu, bir daha Türkiyənin necə böyük bir fəlakətdən qurtulduğunu göstərir.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, hələ də Türkiyəni hədəf alanların əsas məqsədini anlamayanlara təəssüf hissi ilə səslənib:

"Bəzi türk kökənli insanlar bilməlidirlər ki, çevrilişə cəhddə əsl məqsəd Türkiyəni parçalamaq və bölgə üzərindən istədikləri oyunları oynaqmaqdır. Ərdoğanın hədəf alınmasının əsas səbəbi də məhz budur. Bu qədər çirkli bir oyunun arxasında Qərbdən bir çox güclərin dayandığını görməmək sadəcə, korluq olardı. Milliyyətçisindən tutmuş dinardarına qədər bütün türk insanları Türkiyənin yanında olmalıdır. Çünki hazırda Qərbdə Türkiyədə dövlət çevrilişinə cəhdi fərqli istiqamətlərə yozaraq müdafiə edənlərin sayı artır. Türkiyənin zəifləməsi bütün türk-müsəlman coğrafiyasının zəifləməsi demək olardı. Türkiyəni düşməni bizim də düşmənimizdir. Unutmamlıyıq ki, qardaş ölkənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəmirlər. Bundan 6-7 ay öncə Türkiyədə keçirdiyim mətbuat konfranslarında yeni bir Çanaqqala, İstiqlal mübarizəsindən keçdiyimizi söyləmişdim. Bu gün o gündür".

Qeyd edək ki, iyulun 15-də qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.

Tarix
2016.07.27 / 16:14
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla