Yuxarı

Səfir Kerrinin Qarabağ açıqlamasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir Kerrinin Qarabağ açıqlamasından danışdı

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın ərazi bütövlüyü və başqa prinsiplərin nəzərə alınmalı olunduğu barədə dəfələrlə, o cümlədən prezident İlham Əliyevin mart ayında Vaşinqtona səfəri zamanı bəyanat verib.

Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir ABŞ dövlət katibi Con Kerrinin son açıqlaması ilə bağlı Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə müzakirələr apardığını qeyd edib: "Mən dövlət katibinin dediklərini təhlil etmək fikrində deyiləm, lakin deyə bilərəm ki, mənim son bir neçə gün ərzində Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə bu məsələyə dair bir sıra müzakirələrim olub.

Minsk Qrupunun həmsədrlərinin rolu haqqında deyərdim ki, biz onların işini tərəfləri bir araya gətirmək, məsələləri müəyyən etmək və tərəflərin münaqişənin həll olunması istiqamətində irəliləyə biləcəkləri yolları müəyyən etməkdə görürük. Lakin bundan öncə də dediyimiz kimi, münaqişənin həll olunması barədə yalnız tərəflər özləri razılaşa bilərlər, razılaşma zorla qəbul etdirilə bilməz və bu zorla qəbul etdirmə kənardan ola bilməz. Bununla bərabər, bu səhərki görüşdə Novruz Məmmədovun Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün addım atmağa hazır olması barədə dediyi fikirləri qeyd etdim və bu barədə Vaşinqtona məruzə edəcəyəm. İcazə verin, bildirim ki, davam etməkdə olan insidentlər barədə narahatlığımız davam edir və biz Dağlıq Qarabağ münaqişəsində istənilən insan itkisinə dərindən təəssüf edir və dərin hüznlə başsağlığımızı ifadə edirik".

Tarix
2016.10.07 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla