Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün
ənənəvi olaraq rahat məkana çevrilib. Bu yaxınlarda Bakıda MDB-nin
üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərləri Şurasının iclası, Birlik ölkələrinin nümayəndələrinin də
iştirak etdikləri Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Bu
gün isə bu qonaqpərvər məkanda MDB iştirakçısı olan dövlətlərin
Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası
keçirilib.
AzərTac xəbər
verir ki, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib
Sergey Lebedev oktyabrın 12-də jurnalistlərə müsahibəsində
deyib.
S.Lebedev bildirib ki, Bakı miqrasiya problemlərinin həll
edilməsi üçün çox yaxşı məkandır. Bu tədbirin təşkilinə və
iştirakçı ölkələrə göstərilən qonaqpərvərliyə və diqqətə görə
minnətdarlığımı bildirirəm. Hazırda miqrasiya problemləri yalnız
MDB ölkələri üçün yox, həm də bütün dünya üçün aktualdır. Afrikanın
şimalında, Avropada və Yaxın Şərqdə yaşanan miqrasiya çətinlikləri
buna əyani sübutdur.