Yuxarı

Millət vəkili səhiyyədəki problemlərdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib.

Axar.az xəbər verir ki, deputat ölkədə onminlərlə sənədsiz ev məsələsini qaldırıb və hökumətə çağırış edib. Millət vəkili vurğulayıb ki, büdcəyə daxil olmaların artırılması, əlavə mənbələr barədə müzakirələrdə xüsusi bir məsələ vurğulanmalıdır:

"Bu gün ölkəmizdə onminlərlə sənədsiz ev var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması və bu məsələnin həlli yüzminlərlə vətəndaşımızın həyatı üçün çox vacib olmaqla yanaşı, dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. Onminlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı ümid edirik ki, qısa zamanda ciddi addımlar atılacaq”.

Q.Paşayeva həmçinin səhiyyə problemlərinə də toxunub, ölkədə gözdə buynuz qişasının köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərdən danışıb və məsələnin qısa zamanda həllini tapmasının vacibliyini vurğulayıb: “Bu gün bu əməliyyat üçün yüzlərlə insanımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişasının köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. O qədər insan var ki, onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa, insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Həm qanunvericilikdə bəzi qanunlara əlavə və dəyişiklik etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq”.

Tarix
2016.12.07 / 11:58
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla