Yuxarı

SSRİ-nin bərpası məsələsi nədən gündəmə gəlib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni SSRİ-nin yaradılması xülyadan başqa bir şey deyil.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, SSRİ-nin bərpasını istəyənlər bir şeyi unudurlar ki, o dövrdə sosializm quruluşu mövcud idi:

“Yəni cəmiyyətdə xüsusi mülkiyyət yox idi, tam olmasa da, nisbi bir ictimai bərabərlik vardı. Bu, marksist nəzəriyyəsi əsasında formalaşmış bir cəmiyyət idi və onu ictimai inkişafın yüksək pilləsi kimi təqdim edirdilər. Ancaq bu gün SSRİ-ni yenidən yaratmaq istəyənlər başa düşmürlər ki, insanlarda nostalgiya məhz hissi sosializmə görə mövcud idi. İndiki Rusiyada - xüsusi mülkiyyət və oliqarxların meydan suladığı bir cəmiyyətdə insanları sosializmə cəlb etmək asan məsələ deyil. Bu gün Qorbaçovun SSRİ-nin bərpasından danışmağa mənəvi haqqı yoxdur. O, SSRİ-ni dağıdan qüvvələrdən biridir və millətlərarası münaqişələrin yaranmasına rəvac verdiyinə görə də böyük məsuliyyət daşıyır. Görünür, Rusiyada SSRİ-ni məhz marksizm-leninizm nəzəriyyəsi əsasında deyil, indiki mövcud Rusiya şəraitində bərpa etməyi arzulayırlar. Ancaq bu zaman heç bir SSRİ-dən söhbət gedə bilməz. Bu, sosializmdən uzaq, burjuaziya və proletariatın mövcud olduğu bir cəmiyyət olacaq”.

Politoloq deyib ki, züqanovların arzuladığı SSRİ çar Rusiyasının bərpasından başqa bir şey deyil:

“Bu ideyalar niyə yayılır? Çünki Rusiyada Putinin bilavasitə rəvac verdiyi bir proses başaldılıb. Bu, əvvəl Rusiyanın tərkibinə daxil olan ölkələrin yenidən Rusiyaya birləşdirilməsi və böyük imperiyanın yenidən bərpası ideyasıdır. Bu isə mümkünsüzdür. Çünki dünyanın bir nizamı və formalaşmış sərhədləri var. Ona görə də nə Züqanovun, nə Qorbaçovun, nə də Putinin dediyi SSRİ-ni bərpa etmək mümkündür. Çünki təkcə SSRİ adlı ittifaq yox, SSRİ daxili iqtisadi, siyasi, mədəni münasibətlər və ictimai quruluş da dağıdılıb. Əslində, SSRİ-ni bərpa etmək istəyənlərin əlində real planları, hətta insanları bu birliyə şüurlu surətdə cəlb etməyin yolları yoxdur. Buna görə də yeni SSRİ-nin yaradılması xülyadan başqa bir şey deyil”.

Qeyd edək ki, SSRİ-nin son prezidenti Mixail Qorbaçov bir müddət öncə İttifaqın yeni formatda bərpasının mümkünlüyün dilə gətirib.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov isə Rusiya, Belarus, Qazaxıstan və Ukraynanın gələcəkdə yeni ittifaq dövləti yarada biləcəyini açıqlayıb.

Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin SSRİ-nin yenidən bərpa olunması ilə bağlı keçirdiyi sorğuda 63 faiz SSRİ-nin süqutundan təəssüfləndiyini bildirib.

Ruslar SSRİ-nin bərpasını istəməsələr də, 52 faiz keçmiş postsovet ölkələrinin yeni ittifaqda birləşməyinə inanırlar.

Tarix
2016.12.24 / 09:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla