Azərbaycan Hərbi Dəniz
Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim
olunub.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyindəki mənbə məlumat verib.
Mənbə bildirib ki, M. Almasov ixtisasca dənizçidir, hazırda
Azərbaycan Silahlı Qüvvələrində ən yüksək rütbəli hərbi dənizçi də
məhz odur.
Qeyd edək ki, general-mayor M. Almasov HDQ-nə komandan təyin
olunduqda kontr-admiral rütbəsini daşıyacaq.
HDQ komandanı vəzifəsinə namizəd dövlət başçısı, Silahlı
Qüvvələrin Ali Baş komandanı tərəfindən təyin olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı,
vitse-admiral Şahin Sultanov martın 11-də vəzifəsindən azad
edilib.