Yuxarı

Murtaza Muradpur azadlığa buraxıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda yaşayan azərbaycanlı fəal Murtaza Muradpur azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə onun qardaşı Fərdin Muradpur məlumat verib.

Onun sözlərinə görə, qardaşı dekabrın 29-da axşam sərbəst buraxılıb.

Fərdin Muradpur qardaşını dərhal xəstəxanaya apardıqlarını deyib. Həkim müayinəsindən keçdikdən sonra böyrəklərinə və ürəyinə ciddi ziyan dəymədiyi bəlli olub:

“Sadəcə, bədəni susuz qaldığından və aclıq çəkdiyindən ağrıları var. Həkimlər tədricən bunun keçəcəyini deyirlər. İndi evdədir, istirahət edir”.

Qeyd edək ki, ana dilində təhsil və Urmiyə gölünün qurumasının qarşısının alınmasını tələb edən fəal bir neçə dəfə həbs olunub. O, azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. 65 gün aclıq aksiyası keçirən 29 yaşlı fəal anasının xahişi ilə bir gün öncə aksiyanı dayandırıb.

Tarix
2016.12.30 / 13:50
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla