Yuxarı

Qabil Hüseynli: “Ərdoğan xeyir-dua almağa gəlir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qabil Hüseynli: “Ərdoğan xeyir-dua almağa gəlir”

"Son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Ərdoğan Azərbaycana jest edir

O, Ərdoğanın bu səfərlə Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirdiyini bildirib: "Ümumiyyətlə, Ərdoğandan əvvəlki prezident və baş nazirlər hər zaman birinci səfəri Azərbaycana ediblər. Ərdoğan Azərbaycanın daşıdığı strateji əhəmiyyəti başa düşüb. Həm də son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir. Xüsusən də Azərbaycan siyasi rəhbərliyinə bəslədiyi münasibət bəzən həlledici ola bilər. Mən düşünürəm ki, Ərdoğan bu səfəri etməklə həm jest edir, həm də Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirir".

Ərdoğan siyasi karyerasında dəyişiklik edir

Politoloq səfər zamanı Baş nazirin siyasi karyerasında dəyişiklik etmək istədiyini qeyd edib: "Ərdoğan siyasi karyerasında dəyişiklik etmək istəyir. Ölkə prezidentliyinə namizədliyini vermək niyyətindədir. Bayaq dediyim kimi, Türkiyədəki seçkilərdəki əhval-ruhiyyəyə Azərbaycanın təsir etmək imkanını Ərdoğan hər zaman anlayıb. Ən azı, orada 2 milyon azərbaycanlı var və bir sıra partiyalarla Azərbaycanın yaxşı əlaqələri mövcuddur. Bu səfər proqramına həm Azərbaycan rəhbərliyinin əhval-ruhiyyəsini proqnozlaşdırmaq, həm də onların xeyir-duasını almaq kimi məsələlər daxildir".

"Petkim"in bütün səhmləri SOCAR-ın olacaq

Q.Hüseynli iki ölkə arasında müzakirə ediləcək məsələnin çox olacağını söyləyib: "Düzdür, nurçularla bağlı hansısa siyasi, diplomatik formada məsələlərə eyham vurula bilər. Amma gündəlik müzakirələrə çevrilə bilməz. Çünki bu, artıq daxili işlərə qarışmaq kimi görünərdi. Hər şey diplomatik etika çərçivəsində olmalıdır. Amma iki ölkə arasında kifayət qədər müzakirə ediləcək ciddi problemlər var. Problemlər içərisində yaxınlaşan erməni məsələsinin 100 illiyi ərəfəsində iki ölkənin koordinasiya edilmiş hərəkəti müzakirə oluna, İzmir yaxınlığındakı neftayırma zavodunun məsələsi müzakirəyə qoyula bilər. "Petkim" deyilən iri neft sənayesi kompleksinin bütün səhmlərinin hamısının Azərbaycana satılması məsələsi də müzakirə mövzusuları sırasındadır".

Nurçuların obyektləri dövlət nəzarətinə alınıb

O, nurçularla bağlı məsələyə də toxunula biləcəyini deyib:

"Ola bilsin, nurçular məsələsinə də toxunulsun. Çünki Azərbaycan siyasi hakimiyyəti bununla bağlı kifayət qədər diqqətli addımlar atıb. Onların bütün şəbəkələrinin hamısı dövlət nəzarətinə alınıb. Bundan artıq nəsə etmək mümkün deyil. Doğrudur, mətbuat bəzi adamlar haqqında ifşaedici məlumatlar yayır, amma hər halda məsələ cəmi 90% qapanmış hesab edilə bilər".

Qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Tarix
2014.04.03 / 11:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla