Yuxarı

Bu, Qarabağla bağlı ilk və yeganə sənəddir - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində vasitəçilik rolunu davam etdirəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi həftəlik brifinqdə söyləyib.

Axar.az xəbər verir ki, M. Zaxarova qeyd edib ki, Rusiya vasitəçilik missiyasını RF, ABŞ və Fransa prezidentlərinin beş birgə bəyanatında şərh edilmiş müddəalar əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər dövlətlərlə qarşılıqlı fəaliyyətdə davam etdirmək niyyətindədir. M.Zaxarova deyib: “Həmin bəyanatlarda, o cümlədən, Dağlıq Qarabağ probleminin güc tətbiq edilməklə həllinin yolverilməzliyindən bəhs edilir, Ermənistan və Azərbaycan rəhbərliyinə mübahisəli məsələləri güc tətbiq etməmək və ya güc tətbiq edilməsi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü prinsipləri, xalqların hüquq bərabərliyi və təyini-müqəddərat hüququ əsasında həll etmək çağırışı səslənir”.

Onun sözlərinə görə, Rusiyanın müstəqil vasitəçilik səyləri mühüm məsələlər barədə Ermənistan və Azərbaycanla açıq fikir mübadiləsi aparmağa imkan verən, dərin tarixi köklərə malik olan xüsusilə yaxın münasibətləri əsasında razılaşdırılmış yanaşmalar çərçivəsində davam etdiriləcək.

RF XİN rəsmi nümayəndəsi vurğulayıb: “1994-cü ilin mayında Rusiyanın birbaşa köməyi ilə atəşkəs haqqında saziş imzalanıb. Bildiyiniz kimi, həmin saziş indiyə qədər barışığın əsasıdır. 2008-ci ildə Moskva bəyannaməsinin qəbul edilməsi bizim ölkəmizin vasitəçilik səyləri yolunda mühüm mərhələ olub. Bu bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə tənzimlənməsindən danışılır. Bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı ilk və hələlik yeganə sənəddir. 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə keçirilmiş üçtərəfli görüşdə silahlı insidentlərin təhqiqatının zəruriliyi barədə qərar qəbul edilib”.

M.Zaxarova qeyd edib ki, keçən il aprelin əvvəlində məhz Rusiya Ermənistan və Azərbaycan Baş qərargah rəislərini Moskvaya dəvət edərək genişmiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb. Mariya Zaxarova sonda deyib: “Bütün bu razılaşmalara riayət edilməsi davamlı tənzimləməyə nail olmağa yönəlmiş sülh prosesinin ardıcıl davam etdirilməsi üçün mühüm şərtdir”.

Tarix
2017.03.10 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla