Yuxarı

Qafqaz Universiteti və nurçuların 12 liseyi bağlandı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz Universiteti və nurçuların 12 liseyi bağlandı - Yeniləndi

21:21

Bu gün Azərbaycan Dövlət Nefr Şirkəti təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən "Araz Kursları" MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyətini dayandırıb. ARDNŞ bunu "ABTM-də (Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi) yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq" atıb.

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin saytında verilən məlumata əsasən, ABTK Azərbaycan Dövlət Neft Şirkətinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkəti, "Practical Solutions Group" və "Çağ" Öyrətim İşlətmələri Şirkətinın təsisçiliyi ilə fəaliyyət göstərən ictimai birlikdir.

Birliyin tərkibində 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksi var. ABTM-in təhsil fəaliyyətinin ən yüksək zirvəsində isə Qafqaz Universitetinin durduğunu qurum rəsmən bəyan edir.

ARDNŞ-in verdiyi qərardan sonra sözügedən gimnaziya, liseylər, komplekslə bərabər, Qafqaz Universitetinin də bağlandığı qənaətinə gəlmək olarmı?

Bununla bağlı Qafqaz Universitetinin prorektoru Natiq Paşa Axar.az-a bildirdi ki, xəbərlər mediada dərc olunana qədər onların bu barədə heç bir məlumatı olmayıb: "Beynəlxalq Təhsil Kompleksinin tərkibində "Araz Kursları" ilə bərabər, 1 gimnaziya və 12 lisey fəaliyyət göstərir. Gimnaziya və liseylər ümumtəhsil məktəbləridir və bu baxımdan təsisçilərin verdiyi qərarı şərh etməkdə tərəddüd edirəm. Qafqaz Universiteti də ABTM-ə daxildir. Ancaq təsisçilərin qərarında ali təhsil müəsisəsi ilə bağlı heç bir söz yoxdur. Bütün hallarda isə yalnız ətraflı məlumat əldə edəndən sonra bir açıqlama verə bilərik. Hazırda isə konkret heç nə deyə bilmərəm".

***

Qafqaz Universitetinin prorektoru Natiq Paşanın Axar.az-a verdiyi məlumata görə, təsisçilərin ümumi yığıncağında bu gün - 18 iyunda verilən qərar "Araz Kursları"nı, həmçinin Qafqaz gimnaziyası da daxil olmaqla, digər 11 liseyi (Ağdaş, Bakı, Dədə Qorqud, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan liseyləri) əhatə edir:

"Qərarla bağlı artıq məlumatlandırıldıq. ABTK təsisçilərinin bu qərarı "Araz kursları", 1 gimnaziya, 11 lisey və 1 Beynəlxalq İstedadlar Kompleksinə şamil olunub və bu təhsil müəsisələri bağlanıb. Ancaq qərarın Qafqaz Universitetinə aidiyyəti yoxdur".

Tarix
2014.06.18 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla