Yuxarı

İŞİD türk qızlarını yoldan çıxarır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş nazirinin müavini Bülent Arınc iştirak etdiyi tədbirdə İŞİD terrorçularına qarşı xəbərdarlıq edib. Arınc türkiyəli gənc qızların aldadılaraq İraqa, Suriyaya aparıldıqlarını, cihad adıyla onlardan cinayət əməli üçün istifadə olunduğunu vurğulayıb.

"Quruluş məqsədlərini xilafət dövləti kimi açıqlayırlar. Amma öldürürlər, baş kəsirlər, silahdan istifadə edirlər, zorakılıq törədirlər. "Lə İlahə İləllah" deməsinə baxmayaraq məzhəbi fərqli olanlara qarşı cinayət işləyirlər. Bu cür təşkilatların Türkiyədə dəstək tapa biləcəyini ağlıma gətirməzdim. Amma son gələn məlumatlara görə, təəssüf ki, bu təşkilatın içində Türkiyədən gedənlər və baş kəsmək üçün növbə gözləyənlər var. Sayları bəlkə də çox deyil. Amma bir nəfər də olsa çoxdur. Bu necə müsəlmanlıqdır? Bu nə qədər böyük bir sapıqlıq?"

Bu təşkilatın sosial şəbəkədən effektiv şəkildə istifadə etdiyini deyən Arınc qızların da bu şəkildə aldadılaraq "cihad"a cəlb olunduqlarını bildirib.

"Soail şəbəkə vasitəsilə gənc, yeniyetmə qızlarımız münasibət yaradır, bir yolunu taparaq o biri tərəfə keçir, onlarla birlikdə bu cinayəti işləyirlər. Bir hissəsi burda yetişdirilir. Bəlkə adlarında fond olan, adları dərnək olan, adları hər hansı bir fəaliyyətdə İslami təyinatlarda gizlənmiş bəzi işlərlə yetişdirilirlər. Onlara cihad səhv öyrədilir. Bir insan, bir gənc qız necə olur ki, sosial şəbəkədə "chatlaşdığı" insanın arxasıyca ölümə gedir?"

Musavat.com

Tarix
2014.07.07 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla