Yuxarı

Tehran vəhhabi məsələsində Bakıya dəstək verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözcüsü Mərziyə Əfxəm ölkəsindəki və Azərbaycandakı vəhhabi təhlükəsindən danışıb.

Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm həftəlik konfransında ona ünvanlanan "Vəhhabilər Azərbaycan üçün təhlükə olarsa, İran tərəfi nə kimi yardım edəcək" sualına belə cavab verib:

"Biz İran İslam Respublikası olaraq əhalinin vəhhabi təhlükəsindən və cinayətlərindən xəbərdar olmasını istəyirik. Azərbaycan xalqı bu təhlükədən agah olarsa, onlar vəhhabi fitnələrinə və təhdidlərinə lazımi cavabı verər".

Nazirlik sözçüsü həmçinin vəhhabilərin son 3-4 illik fəaliyyətini cinayət halı kimi qiymətləndirib.

"Vəhhabilərin son 3-4 illik fəaliyyəti cinayətlərlə doludur. İslam ölkəsi olaraq Azərbaycan Respublikasında yaşayan bacı və qardaşlarımıza tövsiyyəmiz budur ki, vəhhabilərin islam adı altında etdikləri cinayətlərlə mübarizə aparsınlar".

Daha sonra Mərziyə Əfxəm Azərbaycan xalqının vəhhabilərin etdiklərindən xəbərdar olduğunu dilə gətirib:

"Azərbaycan xalqının iradəsi var və şəxsən mən düşünürəm ki, narahatlığa heç bir əsas yoxdur".

Tarix
2014.07.10 / 13:46
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla