Yuxarı

MADO geri çəkildi: gənclər aksiyanı dayandırdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur brendlərindən olan MADO restoranlar şəbəkəsi sosial şəbəkədə boykot edilməsi ilə bağlı "tədbir" ("event") yaradılandan və iştirakçıların sırası genişlənəndən sonra dərhal geri addım atıb.

Bu barədə Axar.az-a virtual aksiyanın təşkilatçısı olan əməkdaşımız Tural Qurbanlı məlumat verib. Onun sözlərinə görə, MADO restoranı onların tələbini qəbul etdiyini bildirib:

"Axşam saat 20 radələrində restoranın yerləşdiyi yerdə olduq. Yolda hərəkət qismən bərpa olunmuşdu. Bizim tələbimiz tam olaraq yerinə yetirilməsə də, əldə olunan nəticəni qənaətbəxş sayırıq. Restoranın meneceri bildirdi ki, Feysbukda təşkil etdiyimiz etirazı gördükdən sonra yolun açılması üçün dərhal göstəriş verilib. Menecerin dediyinə inansaq, onlar keçidi zəbt edərək restoranın bir hissəsi kimi işlətmələrini xeyir məqsədilə deyil, Ramazan ayı ilə bağlı təşkil etdikləri iftar süfrələrinə görə ediblər. Elə buna görə də Ramazan ayı ərzində onların bu keçiddən istifadə etmələrinə icazə verilibmiş".

Jurnalist onu da bildirib ki, MADO restoranının bu addımından sonra onlar da kampaniyanı Ramazan ayı bitənə qədər dayandırmaqla bağlı qərar veriblər: "İndi piyadaların keçidi də təmin edilib, iftar açanlara da şərait var. Ramazan bayramından sonra isə inanırıq ki, MADO keçidi bütövlükdə halal sahiblərinə qaytaracaq. Biz də tədbirimizi Ramazan bayramından sonra atılacaq addıma uyğun müzakirə edəcəyik"

Xatırladaq ki, boykotun səbəbi adı çəkilən restoranın sakinlərin hərəkəti üçün nəzərdə tutulan keçidi zəbt edərək yolu bağlaması idi.

Tarix
2014.07.11 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla