Yuxarı

Əliyev və Sərkisyan Moskvada görüşəcək? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB dövlət başçılarının növbəti sammiti qeyri-rəsmi müzakirələr müstəvisindən uzağa getməyəcək.

Bunu Axar.az-a MDB dövlət başçılarının gözlənilən qeyri-rəsmi sammitini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, belə toplantılar daha çox Moskvaya lazımdır:

“Əvvəla, MDB postsovet məkanındakı dövlətlərin inteqrasiya modeli kimi özünü doğrultmayıb. Bu qurumun rəsmi və qeyri-rəsmi sammitlərinin üzv ölkələrin mövqeyinə, ictimai-siyasi həyatına hər hansı bir formada təsiri yoxdur. MDB-nin sammitləri adətən üzv ölkələrin rəhbərlərinə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın perspektivləri barədə müzakirələrin aparılmasına imkan yaradır. MDB mövcud olduğu 26 il ərzində üzv dövlətlərin daxili və xarici siyasətinin önəmli tərkib hissəsinə çevrilə bilməyib. Birliyin Parlament Assambleyasının və digər orqanlarının fəaliyyəti əsasən formal xarakter daşıyır. MDB-nin real əməkdaşlıq platformasına çevrilməsinə mane olan əsas səbəblərdən biri qurumda mövcud olan etimadsızlıq mühiti ilə bağlıdır”.

Analitik bildirib ki, üzv dövlətlərin suverenliklərinin məhdudlaşa biləcəyi təhlükəsi MDB-nin mərkəzi orqanlarının formalaşmasına və işlək strukturlara çevrilməsinə maneə yaradır:

“Təbii ki, Rusiyanın davranışları da belə təhlükənin real olduğuna əsas verir. MDB müasir dünyanın siyasi sitemində də öz yerini tapa bilməyib. Bu gün hətta daha kiçik regional əməkdaşlıq platformaları MDB-dən daha perspektivli və cazibədar görünür. Bu baxımdan MDB-nin növbəti zirvəsinin qeyri-rəsmi müzakirələr müstəvisindən uzağa getməyəcəyini düşünürəm. Kreml hələ də postsovet ideoloji irsindən, “imperiyanın mərkəzi” kompleksindən qurtula bilməyib. Əslində, Rusiyanın yüksək siyasi dairələrində də, dünyada da MDB-nin zorən diskussiya klubu olduğunu yaxşı başa düşürlər. Moskvanın bu reallığa uyğun hərəkət edə bilməməsinin əsas səbəblərindən biri də SSRİ-nin Rusiya vətəndaşlarının təxminən yarısından çoxunun hələ də şüurlarını tərk etməmiş ideoloji izləridir. MDB hazırda müəyyən qədər Rusiyanın ictimai rəyinə ideoloji təsir mexanizmi rolunu oynayır, qismən də daha müstəqil siyasətə can atan üzv dövlətləri mümkün qədər bir arada saxlamaq üçün vasitə missiyasını yerinə yetirir. Bu səbəbdən MDB-nin toplantılarını nəinki qlobal, hətta regional siyasi hadisə kimi də dəyərləndirmək mümkün deyil”.

Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşmə ehtimalına gəldikdə, analitik bunun üçün hazırda hər hansı bir əsasın olduğunu düşünmür:

“Əgər olacaqsa da bu, daha çox ilin sonunda danışıqlar prosesinin davamı və problemin sülh yolu ilə həllinin tükənməməsinə dair mesajların verilməsi ilə bağlı olacaq. Çox güman ki, belə bir görüş baş tutmayacaq”.

Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın 26-da Moskvada keçiriləcək. Yalnız Özbəkistan Prezidenti Şövkət Mirziyayev sammitə qatılacağını açıqlayıb, digər prezidentlərin münasibəti barədə rəsmi açıqlama yoxdur.

Tarix
2017.12.24 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla