Yuxarı

Girov götürülən kəlbəcərlilər erməni əsirlərlə dəyişdiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Kəlbəcərdə əsir götürülən Dilqəm Əhmədov və Şahbaz Quliyevin azad edilməsi üçün lazımi addımlar atır. Hər iki mülki vətəndaşımız erməni əsirlərlə dəyişdiriləcək".

Bu sözləri deputat Asim Mollazadə Dilqəm Əhmədov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsi məsələsi ilə bağlı Axar.az-a açıqlama verərkən bildirdi. Millət vəkilinin sözlərinə görə, Qırmızı Xaç Cəmiyyəti vasitəsilə əsirlərimizlə əlaqə saxlayacağıq:

"Bu proses Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçiriləcək. Onların sayəsində Kəlbəcərdə əsir götürülən vətəndaşlarımızla əlaqə yaratmağa çalışacağıq. Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də".

Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla "xüsusi terrorçu" kimi rəftar edilməsindən də danışdı. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövhlük olardı:

"İki ölkə arasında illərdir ki, müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövhlük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkib göstərməklə, əslində mahiyyətlərini, hansı pronsiplə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri-özlərini ifşa edir".

A.Mollazadə əlaqə etdi ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur:

"Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var ki, onlar buna əməl etmir. Yayılan video görüntülərdən də bunu görmək mümkündür".

Millət vəkili bu hadisənin cəbhədə vəziyyəti gərginləşdirəcəyini düşünmür:

"Düşünmürəm ki, bu hadisə cəbhədə vəziyyəti gərginləşdirə bilər. Onsuz da mütəmadi olaraq atəşkəsi pozurlar və cavablarını da alırlar. Bundan artıq gərginlik müharibə deməkdir ki, bunun da bu hadisə ilə başlayacağına inanmıram".

Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki azərbaycanlı girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən videoçəkilişlər edirmişlər.

Tarix
2014.07.15 / 12:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla