Yuxarı

“Konqres qərara hazırlaşır: Moskva Bakıya hücum etsə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz istəyirik ki, Avropa, Rusiya və ABŞ-la da əlaqələrimiz möhkəm olsun".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Azərbaycanla Rusiya sərhədçiləri arasında keçiriləcək hərbi təlimləri şərh edərkən deyib.

O, Rusiyanın Azərbaycana qarşı neytral mövqe tutmalı olduğunu bildirib:

"Azərbaycanın davranışı tamamilə başadüşüləndir. Biz cəhd edirik ki, Rusiya ilə əlaqələr korlanmasın. Buna səbəb nədir? Ona görə ki, regionda əsas təhlükə Rusiyadır. Faktiki surətdə, görün, nə qədər şeyə göz yumuruq. Biz Rusiya ilə açıq-aşkar müharibə vəziyyətindəyik. Ermənistan Rusiyanın rəsmi müttəfiqidir, bizimlə müharibə vəziyyətindədir. Deməli, İrəvanın ən yaxın müttəfiqi və təhlükəsizliyinin qarantı olan Rusiya da bizimlə müharibə vəziyyətindədir. Buna göz yummuşuq. Əvəzində deyirik ki, Rusiya dostumuzdur, qoy Minsk Qrupu Qarabağı nə vaxt həll edir etsin, biz onunla dost olacağıq. Ona görə Moskva nə təklif edirsə, ona "yox" demirik. Rusiya təklif edir ki, hərbi təlimlər keçirək, biz də bununla razılaşırıq. Vaxtı ilə bir dövlət xadimimiz demişdi ki, biz buterbrod kimi bir neçə dövlətin arasında qalmışıq. İstəyirik ki, Avropa ilə də, Rusiya ilə də, ABŞ ilə də əlaqələrimiz möhkəm olsun. Gərək, Rusiya Azərbaycana qarşı neytral mövqe tutsun. Üstəlik, Rusiya SSRİ-nin rolunu oynamağa başlayıb. Bir az güclənib, neft dolları ilə öz ordusunu təkmilləşdirib, Ukrayna ilə müharibə aparıb və Azərbaycana da hücum çəkmək təhlükəsi yaranıb. Artıq bu barədə danışırlar. Amerika Konqresi bundan narahat olub, qərar qəbul etmək istəyir ki, Azərbaycana hücum olsa, ABŞ onu müdafiə edəcək".

Qeyd edək ki, artıq Azərbaycan hərbi gəmiləri Dağıstan sahillərinə yan alıb. Təlimlərin iyulun 24-də başlayacağı nəzərdə tutulub.

Tarix
2014.07.22 / 12:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla