Yuxarı

”Əlibəyli hücumunun arxasında rus genareliteti dayanır” – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın son günlərdəki aktivliyini tam olaraq Rusiya rəhbərliyinin siyasəti ilə bağlamaq doğru olmazdı".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər cəbhədə Ermənistanın yenidən aktivləşməsini şərh edərkən söyləyib.

O, artıq müəyyən hadisələrin Putinin nəzarətindən çıxdığını bildirib:

"Rusiya hakimiyyəti bir qoldan ibarət deyil. Burada təxminən 7-8 qol var. Onların daxilinə hərbi-sənaye kompleksinin nümayəndələri, dərin dövlət və digərləri aid edilə bilər. Mən güman etmirəm ki, bunlar Putinin nəzarətindədir. Bu gün rus elitasının tərkibində bəzi qruplaşmalar var ki, onlar Putinin nəzarətindən çıxıblar. Məhz onlar Cənubi Qafqazda meydanı qızışdırmaq istəyirlər. Mən dəqiq deyə bilmərəm ki, Putinin burada əli var. Amma bilinən bir şey var ki, bu, hərbi-sənaye kompleksinə daxil olan generalların marağındadır. Çünki bununla silah satışını artırmaq, üstəlik hakimiyyətlərə təsir etmək imkanları artır. Digər tərəfdən isə onlar Ukraynada olan savaşı Cənubi Qafqaza yönəldib Ermənistana yardım etmək istəyirlər. Azərbaycan Rusiya ilə böyük silah sazişi imzalamaq niyyətindədir. Bu, artıq Bakının qüdrətindən xəbər verir. Rusiyanın müəyyən siyasi dairələri İrəvanla əlbir olaraq bölgədə lokal savaş yaratmaq fikrindədirlər. Bu lokal savaş yaranarsa, KTMT-nin mexanizmi dərhal işə düşəcək. Əgər bu, başlasa, o zaman indi olduğu kimi həm Ermənistan, həm də Rusiya mətbuatı ilk hücum edən tərəfin Azərbaycan olduğunu ictimai rəyə yeridə biləcək. Belə olan təqdirdə İrəvanın arxasında dayanan həmin qrup KTMT-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edəcək. Ermənilərin aktivliyinin əsas səbəbi də məhz bu prosesin həyata keçirilməsi və başda Rusiya olmaqla KTMT-nin bölgədə aktivləşməsindən ibarətdir. Bununla da Moskvanın Qafqazda hadisələrə müdaxiləsi üçün geniş imkan yaranacaq".

Tarix
2014.07.31 / 22:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İsrail-İran gərginliyində Bakıya qarşı feyk-kampaniya

FHN cənub sərhədlərində radiasiya ilə bağlı məlumat yaydı

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?

Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var

Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video

Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İranın vurulmasına ərəb ölkələrinin reaksiyası

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla