Yuxarı

Ağdamlı gənc arvadını da götürüb Suriyaya döyüşə getdi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamlı gənc arvadını da götürüb Suriyaya döyüşə getdi – Foto

Vəhhabi təriqətinə mənsub olan daha bir azərbaycanlı Cavid Rabil oğlu Qasımov Suriyadakı döyüşlərə qoşulmaq üçün ölkəni tərk edərək Türkiyəyə gedib.

Bu barədə Axar.az-a Cavid Qasımovun xalası oğlu Aqil Kərimov məlumat verib. Onun sözlərinə görə, Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rabil oğlu Qasımov həyat yoldaşı Gülüzə Adil qızı Kərimovanı da götürərək işləmək adı ilə Türkiyəyə aparıb:

"Sonradan qohumların araşdırması nəticəsində məlum oldu ki, C.Qasımov vəhhabi təriqətinin təkfirçi qanadına qoşulub. Hətta sosial şəbəkələrdə "Adbullah Sələfi" ləqəbi ilə çıxış edib, internet üzərindən icma üzvləri ilə intensiv əlaqələr saxlayıb".

Qeyd edək ki, G.Kərimova C.Qasımovun xalası qızıdır. Onlar bu ilin martında ailə qurublar və qadın hazırda hamilədir. Buna görə ailənin narahatlığı daha da artıb.

Aqil Kərimov bacısı və kürəkəni ilə bir müddət əvvələ qədər telefon əlaqəsi saxladıqlarını deyib. Sonuncu dəfə onlar iyulun 5-də danışıblar. Qohumlar onların geri qayıtmasını təkidlə tələb etsələr də, təriqətçi gənclər yollarından dönməyiblər.

A.Kərimov isə bacısının oğurlanaraq aparıldığını iddia edib.

Hazırda C.Qasımovun valideynləri onun və həyat yoldaşının geri qaytarılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət ediblər.

Tarix
2014.08.05 / 13:54
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla