Yuxarı

XİN Bülbüloğlunun qalmaqallı fikrinə aydınlıq gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN Bülbüloğlunun qalmaqallı fikrinə aydınlıq gətirdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanın "News.am" saytına müsahibə verib. "Musavat.com"un verdiyi məlumata görə, Polad Bülbüloğu müsahibəsində hər iki ölkənin sülh danışıqlarından başqa əlacının qalmadığını qeyd edib: "Bizim sülh danışıqları masası arxasında oturmaqdan başqa əlacımız qalmayıb. Bu gün dünyaya baxmaq lazımdır. Anlamalıyıq ki, bizdən başqa münaqişənin həllinə kömək edən tapılmayacaq. Buna görə yaşımızın bu çağında ağılla hərəkət etmək və danışıqlara başlamaq üçün təmas nöqtələrini axtarmaq lazımdır".

Səfir bildirib ki, ölkələr arasında dialoqu qaydaya salmaq üçün hər iki tərəfin ziyalılarının potensialından istifadə etmək lazımdır. Polad Bülbüloğlu bununla artıq iflasa uğramış "xalq diplomatiyası" modelini yenidən gündəmə gətirib.

Polad Bülbüloğlu müsahibəsində münaqişənin həlli yolunda sülh danışıqlarından başqa digər mümkün variantları istisna etməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin fikirlərini öyrəndik. Nazirliyin sözcüsü Elman Abdullayev "Axar.az"a açıqlamasında Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu qeyd etdi, amma buna baxmayaraq, hərbi yolu da istisna etmədi: "Azərbaycan Respublikası münaqişənin həlli üçün danışıqlar yolunu seçib. Təbii, biz maraqlıyıq ki, münaqişə tez bir zamanda sülh yolu ilə həllini tapsın. Amma Azərbaycanın beynəlxalq qanunvericilikdə əks olunmuş xüsusilə BMT nizamnamələrinin müvafiq müddəalarında əks olunmuş hüquqları var. Bu hüquqdan yaralanaraq, münaqişəni istənilən üsullarla həll edə bilər. Bunun üçün bizim qüdərtimiz də, imkanımz da var".

Elman Abdullayev onu da bildirdi ki, Azərbaycan diplomatlarının müsahibə və çıxışları XİN-lə razılaşdırılır: "Azərbaycan diplomatları müsahibələri və çxışlarını XİN-lə əlaqələndirirlər. Bu, rəsmi Azərbaycanın mövqeyini əks etdirir.

Biz "xalq diplomatiyası" ilə bağlı mövqeyimizi bildirmişik. Etimad tədbirlərinin həyata keçirilməsi önəmlidir. Etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan dəfələrlə müxtəlif təşəbbüslərlə iştirak edib, amma buna baxmayaraq, rəsmi İrəvan buna qarşı çıxır və erməni icmasının iştirakının qarşısını alır".

Tarix
2013.09.02 / 14:07
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla